Ölkə

Metro sərnişinlərinə müjdə - FOTO

7 Noyabr 2016 17:40
1 Şərh     Baxış: 4 994
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Metronun "20 Yanvar" stansiyasının birinci vestibülü noyabrın 8-dən yenidən sərnişinləri qəbul edəcək.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, 2016-cı il iyul ayının 1-dən istismar müddəti başa çatmış ET-5 tipli üç eskalatorun dəyişdirilməsi məqsədilə "20 Yanvar"" stansiyasının bağlanmış 1-ci vestibülü noyabr ayının 8-də yenidən sərnişinlərin giriş-çıxışı üçün açılır.

Qeyd edək ki, 1985-ci ildən istismarda olan "ET-5" tipli 3 köhnə eskalator demontaj edilərək, onların yerinə Almaniyanın "Thyssen Krupp" şirkətinin dayaz özüllü stansiyalar üçün nəzərdə tutulmuş "Tugela" tipli 2 eskalatoru quraşdırılıb, 3-cü eskalatorun yerində isə daş pilləkən inşa edilib.
 

Ötən müddət ərzində stansiyanın birinci vestibülündə eskalatorların dəyişdirilməsi ilə yanaşı, kassa zalında, keçidlərdə, xidməti otaqlarda təmir işləri aparılıb, turniketlər, elektrik avadanlıqları və işıqlandırma sistemi, eləcə də vestibülün və keçidlərin döşəmə və divarlarının mərmər-qranit örtüyü yenilənib. Divarlarda 1990-cı ilin 20 Yanvar hadisələrinin günahsız qurbanlarının, həmçinin 1994-cü il martın 19-da bu stansiyada baş vermiş terror aktı nəticəsində həlak olanların adları əks olunmuş xatirə lövhələri yeni tərtibatla qurulub.

Yusif Nəsirli

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.