Binəqədinin əbədi və əzəli problemi - "Göl" yollar - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ötən həftə yağan güclü yağışdan sonra Bakının Binəqədi rayonunun yolları hələ də nəhəng gölü xatırladır.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, hər gün Binəqədi şosesi ilə işə gələn sakinlər yolda yaranan göllər səbəbindən tıxacda qalırlar.
Bir neçə gün öncə şosenin Poladtökmə zavodunun yaxınlığından keçən hissəsində suyun səviyyəsi artdığına və avtomobillərin mühərrikində ciddi problemlər yarandığına görə yolda hərəkət məhdudlaşdırılmışdı. Sakinlər avtobuslardan enib yolu piyada getməyə məcbur qalmışdılar. Artıq Binəqədi şosesində vəziyyət əvvəlki kimi gərgin olmasa da, yoldan suyun çəkilməsi istiqamətində hələ də heç bir iş görülməyib.
Qeyd edək ki, Binəqədi şosesinin yağış yağan kimi gölə çevrilməsinin səbəbi kanalizasiya və yağış kollektorunun olmamasıdır. "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi şosesinin "Baksol yolu" ilə kəsişmədən 4-cü qapı küçəsinədək olan hissəsində 2 ədəd nasosxana olsa da, kanalizasiya və yağış kollektorunun olmaması səbəbindən həmin sistemdən axan su nasoslar vasitəsilə yaxınlıqdakı gölə vurulur. Gölə, həmçinin neft şirkətinə məxsus 2 açıq kanal da axıdıldığından, güclü yağışlar nəticəsində ətrafdan və kanallardan gələn su gölün səviyyəsini qaldırır. Nəticədə, oradan daşan suyun yola yığılmasına səbəb olur.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycanda istehsal olunan mallar Ermənistana ixrac olunub - FOTO
-
“Bu son videom olacaq”
-
Bu imtahanda 300 bal olmadı
-
Yeni direktor icra başçısının qardaşı imiş
-
Mahir Emreliyə bu ölkədən təklif var
-
Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda şəhid ailəsini ziyarət ediblər - FOTO
-
Aşığın maşını yanıb külə döndü - VİDEO
-
"Kəpəz"in bıçaqlanan futbolçusu klubunu dəyişir
-
Gi Parmelin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
"Uzak Şehir"də sürpriz ayrılıq
-
Əli Əsədov Mixail Mişustinlə telefon danışığı aparıb
-
İlham Əliyevlə Məsud Pezeşkian arasında telefon danışığı olub
-
Bakıya şiddətli dolu düşməsinin səbəbi AÇIQLANDI
-
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb - FOTO
-
Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda yerli sənətkarın yaradıcılığı ilə tanış olublar - FOTO
-
Sığorta şirkətlərinin açıq sığorta modeli tətbiq ediləcək
-
Bulvarda gənc qıza qarşı zorakılıq edən şəxs həbs olundu - VİDEO
-
İspaniya Kralı Prezident İlham Əliyevi təbrik edib
-
Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda uşaq evini ziyarət ediblər - FOTO
-
Paytaxta yağan dolunun ölçüsü məlum oldu
-
Makron Prezident İlham Əliyevi təbrik edib
-
Bakıda ölkənin ən dəbli uşaqları seçildi – gələcəyin podiumu “Azerbaijan Kids Best Model 2026” - FOTO
-
Beynəlxalq Barbekü Festivalı yenidən Şamaxıda - VİDEO
-
Donald Tramp Prezident İlham Əliyevi təbrik edib







