Ölkə

Gəncə-Naxçıvan aviareysinin biletləri niyə bahalaşdı?

6 Aprel 2016 17:36
5 Şərh     Baxış: 10 875
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gəncə-Naxçıvan aviareysinə biletlərin qiymətinin 60 manatadək artması uçuşun uzaq məsafəli olması ilə bağlıdır. Belə ki, uçuş İran ərazisi üzərindən həyata keçirilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti Arif Məmmədov deyib.

O əlavə edib ki, Bakıdan Naxçıvana aviabiletin qiyməti 70 manat təşkil edir: "Bununla yanaşı, hökumətdən 20 manat həcmində kompensasiya alırdıq və sərnişinlərdən 50 manat alırdıq. Gəncə-Naxçıvan reyslərində belə kompensasya yoxdur".

Qeyd edək ki, ötən gün Tarif (qiymət) Şurasının iclasında hava nəqliyyatı ilə Gəncə-Naxçıvan reysi üzrə sərnişindaşıma xidmətinin tarifinin yuxarı həddi 60 manat səviyyəsində təsdiq edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.