Ölkə

Dövlət Təhlükəsizliyi Xidmətində yeni TƏYİNATLAR

7 Mart 2016 10:58
Baxış: 4 809
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) yeni təyinatlar olub.

Milli.Az APA-ya istinadən bildirir ki, prezident İlham Əliyevin imzaladığı sərəncamla İsmayıl Bağırov DTX-nin rəis müavini təyin edilib.
 
İ.Bağırov ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyində (MTN) yüksək vəzifələrdə çalışıb, sonradan MTN-dən uzaqlaşdırılıb. Mədət Quliyev DTX rəisi təyin olunandan sonra isə təcrübəli mütəxəssis kimi yenidən xidmətə qaytarılıb.
 
DTX rəisi, general-leytenant Mədət Quliyevin imzaladığı müvafiq əmrlə isə Əli Şəfiyev Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi vəzifəsinə təyinat alıb.
 
Ə.Şəfiyev milli təhlükəsizlik nazirinin müavini olub.
 
DTX-nin bütün idarələrinə də yeni rəislər təyin olunub.
 
DTX-dan yeni təyinatların olduğu barədə məlumatı APA-ya təsdiqləyiblər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.