Bizə əlavə borca düşmək lazımdır?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanın beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığının əsas məqsədi bütün hallarda dövlət büdcəsindən ayrılan vəsaitin məhdudlaşdırılmasıdır.
Bunu Milli.Az-a açıqlamasında maliyyə məsələləri üzrə iqtisadçı-ekspert Samir Əliyev Azərbaycan hökumətinin Bakıda səfərdə olan beynəlxalq maliyyə qurumları ilə danışıqlar aparmasını şərh edərkən bildirib.

İqtisadçı qeyd edib ki, Azərbaycan hökuməti əvvəllər də Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq edib. Lakin son 10 ildə neft gəlirlərinin artması fonunda onlarla əlaqələri zəiflətmişdi. İndi Azərbaycanın bu maliyyə qurumlarından əlavə vəsait ala biləcəyi bildirilir. Hələlik alına biləcək vəsaitin hansı sahələrə yönəldiləcəyi dəqiq açıqlanmasa da, müəyyən ehtimallar irəli sürmək olar: "Düşünürəm ki, burada əsas prioritet özəlləşdirmə olacaq. Bu çərçivədə istiqamətlərdən biri kommunal sektor ola bilər. Hökumət bu məsələdə böyük ehtimalla Dünya Bankı ilə əməkdaşlıq edəcək. Kommunal sektorda özəlləşdirmə aparılmadan da idarəetmədə dəyişdirilmə aparıla bilər. Yəni ola bilər ki, idarəetmə hər hansı xarici şirkətə həvalə edilsin. İkinci istiqamət isə büdcənin konsolidasiyası, xərclərin və onun sosial yükünün azaldılması məsələsi olacaq. Bu məsələdə isə böyük ehtimalla BVF-lə əməkdaşlıq ediləcək. Bundan əlavə, daşınmaz əmlak, mülkiyyət hüquqları sahəsində də dəyişiklik ola bilər".

Ekspertin fikrincə, hazırda Azərbaycanda valyutaya ehtiyac var: "Hələlik manatın məzənnəsi stabil deyil və Mərkəzi Bank yalnız inzibati yolla bu məzənnəni qoruyub saxlayır. Bankların isə birjaya çıxarılan dolları almağa pulu yoxdur. Əsas məsələ odur ki, ölkəyə gələn dollar ölkədən çıxarılan dollardan azdır, yəni mənfi saldo yaranır. Ona görə də valyuta lazımdır. Lazım olan valyutanın 3 əsas mənbəyi var. Bunlar Dövlət Neft Fondu, daxili borclanma və xarici borcdur. Daxili borclanma ilə bağlı Maliyyə Nazirliyinin açıqlamasından məlum oldu ki, həm manat, həm də dollardan buraxılacaq. DNF-ə gəlincə, buradan yalnız 1,2 milyard dollar büdcəyə transfert olunub və əlavə istifadə edilməsi hələlik planlaşdırılmır. Deməli, xarici borca ehtiyac yarana bilər. Azərbaycanın xarici borc həddi isə hələ ki buna getməyə imkan verir".

Qeyd edək ki, bu gün maliyyə naziri Samir Şərifov Azərbaycanda səfərdə olan BVF, DB və Asiya İnkişaf Bankının (AİB) nümayəndələrindən ibarət geniş tərkibli missiyanı qəbul edib. Görüşdə əsasən bu qurumlar tərəfindən ölkədəki struktur islahatlara yardımın göstərilməsi ilə bağlı müzakirələr aparılıb. Nüfuzlu beynəlxalq maliyyə qurumlarının nümayəndələrinin Mərkəzi Bankda görüşləri planlaşdırılır.
İlkin İzzət
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Evində uşaqlara dərs keçmək üçün şəraiti olanların diqqətinə!
-
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
-
Yevlaxda üç avtomobil toqquşub, sürücü xilas edilib - Yenilənib - (Video)
-
Elariz oğlu və nəvəsi ilə - (Foto)
-
“Qarabağ”ın avrokuboklardakı anşlaqı yerli liqada yoxdur: 31 minlik stadionda acınacaqlı mənzərə - (Video)
-
Ceyhun Hacıbəyli küçəsində hərəkət məhdudlaşdırılacaq
XƏBƏR LENTİ
-
Evində uşaqlara dərs keçmək üçün şəraiti olanların diqqətinə!
-
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
-
Nobel mükafatının məbləği artırıldı
-
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
-
Kadırovun oğlu səs verdikdən sonra “ləzginka” oynadı - (Video)
-
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
-
Yevlaxda üç avtomobil toqquşub, sürücü xilas edilib - Yenilənib - (Video)
-
Elariz oğlu və nəvəsi ilə - (Foto)
-
“Qarabağ”ın avrokuboklardakı anşlaqı yerli liqada yoxdur: 31 minlik stadionda acınacaqlı mənzərə - (Video)
-
Ceyhun Hacıbəyli küçəsində hərəkət məhdudlaşdırılacaq
-
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
-
Gəncəsər monastırı ətrafında Ermənistanda yaradılan qalmaqalın elmi-tarixi əsası yoxdur - AMEA
-
"Arsenal" Xviça Kvaratsxeliyanı heyətinə qatmaq istəyir
-
Şamaxıda “Nəsimi Bağları” kompleksi: 120 hektarlıq ərazidə turizm və mədəniyyət məkanı
-
Paşinyan Prezident İlham Əliyevə Cənubi Qafqazda sülhə töhfəsinə görə təşəkkür edib
-
Kardaşyanda atasının ölümünə səbəb olan xəstəlikdən aşkarlandı - (Foto)
-
Türkiyədə qadın qızının saç kəsimini bəyənmədi, qohumlarını yığıb salonu dağıtdı - anbaan (Video)
-
Azərbaycanın “yaşıl” enerji strategiyasında yeni mərhələ: “Qobustan” GES və qlobal hədəflər - (Foto)
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video)
-
Uşaq oyuncaqlarına Müşviqin mahnısı yerləşdirildi - (Video)
-
Daha iki küçədə avtobus zolağı salınır - (Foto)
-
Azərbaycan, Özbəkistan və Türkiyə hərbçilərinin iştirakı ilə “Birliyin Gücü – 2026” təlimi keçiriləcək - (Foto/Video)
-
149 il sonra “Meqa El Nino” təhlükəsi: Alimdən 2027-ci il üçün xəbərdarlıq
-
Bakı və Sumqayıtda ağacları qanunsuz kəsdilər - 39 480 manat ziyan





