Dövlət Statistika Komitəsi turizmə dair seçmə statistik müşahidələrə tələbələri cəlb edib - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dövlət Statistika Komitəsi turizmə dair seçmə statistik müşahidələri davam etdirir.
Milli.Az xəbər verir ki, bu ildən müşahidələrin aparılmasına müxtəlif ali təhsil müəssisələrinin tələbələri də cəlb olunublar. Onlar Komitənin mütəxəssisləri ilə birlikdə turizmə dair seçmə statistik müşahidələrin aparılmasında iştirak edirlər.
Sorğular Heydər Əliyev Beynəlxalq Hava Limanında ölkəmizə səfər etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər arasında keçirilir.
Sorğuların məqsədi respondentlərin səfər məqsədi, qalma müddəti, yerləşmə vasitələri, səfər zamanı çəkilən xərclər və digər göstəricilər üzrə rəsmi statistik məlumatların hazırlanması üçün zəruri məlumatların toplanmasıdır.
Sorğuları həyata keçirən sayıcılar əvvəlcədən müvafiq təlim keçiblər. Təlim proqramı statistik müşahidələrin aparılması metodologiyasını, respondentlərlə ünsiyyət qaydalarını və etik davranış prinsiplərini əhatə edib.
Bununla yanaşı, tələbələrin statistik müşahidələrə cəlb olunması gənc mütəxəssislərin rəsmi statistika sahəsində praktiki bilik və bacarıqlarının artırılmasına, habelə statistik fəaliyyət üzrə peşəkar kadr hazırlığının formalaşdırılmasına şərait yaradır.
Qeyd edək ki, toplanan məlumatlar yalnız statistik məqsədlərlə istifadə olunur, fərdi məlumatların məxfiliyi isə qanunvericiliyin tələblərinə uyğun olaraq qorunur.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Əməkdar artist: "3500 manat üçün hər gün toyda oxumağa səsimə heyfim gələr" - (Video)
-
2-ci kurs tələbəsi vəfat etdi
-
Bağçalara elektron qəbul başlayıb
-
Rüşvət alıb vətəndaşları hərbi xidmətdən yayındıran vəzifəli şəxsin işi məhkəməyə göndərildi
-
Niyam: "Bacım elə mesaj yazdı ki, saçımı qırxdırdım"
-
"Lukoil"dən narazılıq: "Yanacağı az vururlar" (Video)
XƏBƏR LENTİ
-
Əməkdar artist: "3500 manat üçün hər gün toyda oxumağa səsimə heyfim gələr" - (Video)
-
2-ci kurs tələbəsi vəfat etdi
-
Taylandda "Tüklü kruassan" görənləri heyrətləndirir - (Video)
-
Bağçalara elektron qəbul başlayıb
-
Prezident İlham Əliyev Stiv Deynsi qəbul edib - (Foto)
-
ABŞ Azərbaycanı Mayamidəki G20 sammitinə dəvət edib
-
Millimizin futbolçusu “Şaxtyor”a transfer olundu
-
Rüşvət alıb vətəndaşları hərbi xidmətdən yayındıran vəzifəli şəxsin işi məhkəməyə göndərildi
-
Niyam: "Bacım elə mesaj yazdı ki, saçımı qırxdırdım"
-
"Lukoil"dən narazılıq: "Yanacağı az vururlar" (Video)
-
Ərdoğanla Trampın görüş saatı açıqlandı
-
Roberto Martines istefa verdi
-
Səhiyyə nazirinə yeni müavin təyin olunub
-
Elnarə Şirməmmədova həbs olundu - 2,3 milyonluq dələduzluq
-
Venesuela millisinin kapitanı zəlzələ qurbanı oldu
-
Pulunu dəyişdirmək istəyənlərin diqqətinə
-
“Sabah” ÇL-də mübarizəyə başlayır
-
Ankarada NATO sammiti: alyans iclas zalına əvvəlki Amerika olmadan daxil olur
-
Dövlət Statistika Komitəsi turizmə dair seçmə statistik müşahidələrə tələbələri cəlb edib - (Foto)
-
"DreamDoll Bri" Floridada atışmada öldü
-
Bakı–Naxçıvan marşrutu üzrə aviareyslər bərpa olunub
-
Abituriyentlərin nəzərinə: iyulun 7-dən 20-dək...
-
Neslihan Atagül: "Kadir oğlumuza baxır, konsertə tək gəldim" - (Video)
-
Makronun eynəyi müzakirə yaratdı - (Foto)





