Sığorta ödənişlərinin verilməsi qaydasında dəyişiklik edilir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sığorta ödənişləri sığorta olunanın əlilliyinin müəyyən edilməsi ilə deyil, peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinə uyğun olaraq ödəniləcək.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün videokonfrans formatında keçirilən iclasının gündəliyində yer alan "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksinin tapıb.
Belə ki, qanunun müvafiq maddəsinə əsasən, peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi sığorta olunanın sığorta hadisəsi baş verənədək malik olduğu peşə əmək qabiliyyətinin davamlı itirilməsinin faizlə ifadəsidir.
Bu baxımdan sığorta hadisəsinə görə sığorta ödənişinin verilməsinin vahid meyar üzrə dəyərləndirilməsi məqsədilə birdəfəlik sığorta ödənişinin də sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığortaolunanın əlilliyinin müəyyən edilməsi ilə deyil, peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi ilə əlaqələndirilməsi təklif olunur.
Yəni, birdəfəlik sığorta ödənişi sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığortaolunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi növbəti müayinə müddəti göstərilmədən müəyyən edildikdə həyata keçiriləcək.
Peşə əmək qabiliyyətinin itirilməsi özündə eyni zamanda əlilliyin müəyyən edilməsi, yəni orqanizm funksiyalarının itirilməsini də ehtiva edir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Şavkat Mirziyoyev "Heydər Əliyev" ordeni ilə təltif edilib
-
Kristofer Nolanın filmi rekord gəlirlə tarixə düşdü
-
Hazal Kaya “Uzak şehir” serialından imtina etdi
-
Prezident Şavkat Mirziyoyev Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı paylaşım edib - (VİDEO)
-
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - (Yenilənib/Video/Foto)
-
Cəlilabadda avtomobil yandı
-
Azərbaycan Prezidenti və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb (VİDEO)
-
“Sabah” – “Hapoel” oyununa hakim təyinatları açıqlandı
-
Xalq artisti Şükufə Yusupovanın vəziyyəti açıqlandı
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Daşkənddə Müstəqillik abidəsini ziyarət ediblər - (VİDEO)
-
Qazaxıstanın vitse-prezidentinin adı 7–10 gün ərzində açıqlanacaq - Tokayev
-
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iki ölkə arasında müttəfiqlik münasibətlərinin inkişafında mühüm mərhələdir
-
Sabahın hava proqnozu açıqlandı
-
Prezident İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib (VİDEO)
-
Avropa liderləri Kiyevə gəldilər
-
Yeniyetmə cüdoçularımız Türkiyədə 4 medal qazandılar
-
Rusiya Ukraynada sərnişin qatarını vurdu
-
Sumqayıtda 14 yaşlı iki qız itkin düşüb - (Foto)
-
Kamçatkada çıxılmaz vəziyyətdə qalan azərbaycanlı turist təxliyə edildi
-
Azərbaycan millisi Avropa çempionatında İspaniya ilə qarşılaşacaq
-
Qazaxda iki minik avtomobili toqquşub, ölənlər var
-
Rusiyanın itkiləri yeniləndi
-
Tayvanda tullantıların arasında başlayan yanğın partlayışa səbəb oldu





