Ədliyyə Nazirliyinin illik məruzəsi qəbul edildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli Məclis Ədliyyə Nazirliyinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzəsini bir oxunuşda qəbul edib.
Milli.Az xəbər verir ki, bu məsələ parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Bildirilib ki, 2025-ci ildə yerli özünüidarəetmə sahəsində islahatların yeni mərhələsinə start verilib və "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" Qanuna əsasən ölkə üzrə bələdiyyələrin sayı 1 606-dan 685-dək azaldılıb. Qanunun icrasını təmin etmək üçün "Bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və digər məsələlərin həlli məqsədilə komissiyaların yaradılması haqqında" Nazirlər Kabinetinin Sərəncamı əsasında komissiyalar yaradılıb və onların yerdəki fərdi tərkibinin təsdiqi, komissiyalara sədrlik edilməsi və karküzarlıq işinin təşkili Ədliyyə Nazirliyinə həvalə edilib.
2025-ci ilin yanvarında növbəti bələdiyyə seçkilərinin keçirilməsi ölkəmizin ictimai-siyasi həyatında baş verən mühüm hadisələrdən biri olub. Seçkilər nəticəsində 682 bələdiyyə (3 bələdiyyə üzrə seçkilərin nəticələri etibarsız hesab edilib) üzrə 8 039 bələdiyyə üzvü seçilib. Yeni seçilən bələdiyyə üzvlərinin böyük hissəsini qadınlar və gənclər təşkil edib. Belə ki, qadınların sayı 3 148 (39 %), gənclərin sayı isə 2 007 nəfər (25%) olub.
Nazirlər Kabinetinin 2025-ci il 3 iyun tarixli Qərarı ilə "Bələdiyyələrə iş" informasiya sistemi (BİİS) haqqında Əsasnamə təsdiq edilib. Hazırda sistem yerli özünüidarəetmə orqanlarının fəaliyyətində operativliyin, səmərəliliyin,şəffaflığın, eləcədə saxlanılan məlumatların sistemliliyinin və əlçatanlığının təminində mühüm rol oynayır.
"Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı" üzrə Tədbirlər Planının icrası ilaqədar BİİS-in strukturuna altsistem daxil edilib. Portalın altsisteminə daxil olan modullar vasitəsilə bələdiyyələrin gəlir və xərc istiqamətləri barədə məlumatların toplanılması, emalı, axtarışı, təhlili, ötürülməsi və yayımlanması, bütün bələdiyyə xərclərinin həyata keçirilməsi və bələdiyyələrin maliyyə hesabatlarının elektron formada tərtib edilməsi təmin olunacaq. Hazırda portalın hazırlanması üzrə işlər davam etməkdədir.
2025-ci il aprelində dərc olunan Dövlət Statistika Komitəsinin 2024-cü il üzrə bələdiyyə büdcəsinin icrası barədə məlumata əsasən, ölkə üzrə bələdiyyələrin gəlirləri əvvəlki il ilə müqayisədə təxminən 7.9 milyon manat artaraq (14.4 %) ilk dəfə 63 milyon manata yaxın vəsait təşkil edib. Əldə olunan məlumata əsasən, 2025-ci ilin yekunları üzrə bu göstərici 60 milyon manat həddini keçməsi proqnozlaşdırılır.
2025-ci ildə 4 yeni bələdiyyə müəssisəsi (Gədəbəy bələdiyyəsi - "Yaşıl Gədəbəy", İsmayıllı bələdiyyəsi - "İsmayıllı Aqrar və Təmir-Tikinti Xidmət İdarəsi", Oğuz bələdiyyəsi - "Oğuz-2025", Xol Qarabucaq bələdiyyəsi - "Zəfər-Agro-2025") yaradılıb ki, onların əsas fəaliyyət istiqamətləri kənd təsərrüfatı məhsullarının istehsalı və satışı, təmir-tikinti işlərinin aparılması və s. məsələlər əhatə edir.
Mülki Prosessual Məcəllə və "İcra haqqında" Qanunda edilmiş dəyişikliklərə uyğun olaraq bələdiyyələr icra sənədlərini "Elektron icra" informasiya sistemi ilə icraya yönəldə bilərlər. "Elektron icra" informasiya sistemində elektron kabinetlər yaradılaraq onlar tərəfindən icra sənədlərinin həmin kabinet vasitəsilə operativ şəkildə icraya yönəldilməsi, icra prosesinin izlənilməsi, həmçinin icraat materialları ilə real vaxt rejimində tanış olmaq imkanı təmin olunub.
Hər il olduğu kimi 2025-ci ildə də bələdiyyələrə dövlət büdcəsindən maliyyə dəstəyi göstərilib. Dövlət büdcəsindən yerli büdcələr üçün nəzərdə tutulmuş dotasiya məbləği 7.5 milyon manat vəsait təşkil edib.
Qeyd edək ki, "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir./Trend
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Dostları ərimi xəyanətə təşviq edirlər…” - Yasemin Sakallıoğlu
-
“Oktay Kaynarca ilə görüşməli idim...” - Pərvin Abıyeva
-
Şəmkirdə ağır qəza - 2 nəfər ölüb, 1 nəfər yaralanıb
-
Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü - (Foto)
-
Brüs Uillisin dili tutuldu
-
Bu yol birbaşa Bakı-Quba və Bakı-Şamaxı magistralına çıxacaq - (Video)
XƏBƏR LENTİ
-
“Dostları ərimi xəyanətə təşviq edirlər…” - Yasemin Sakallıoğlu
-
16 min nəfərin yuxusu araşdırıldı - telefonlar yuxumuza niyə girmir?
-
Köhnə kompüter monitorunu televizora çevirmək üçün sadə və ucuz üsul
-
Nə yulaf, nə qranola: Qatığa bir qaşıq əlavə edənlərin bağırsağı mühərrik kimi işləyir
-
“Oktay Kaynarca ilə görüşməli idim...” - Pərvin Abıyeva
-
Nə tualet fırçası, nə də zibil qutusu - ən təhlükəli əşya mətbəxdə imiş
-
Şəmkirdə ağır qəza - 2 nəfər ölüb, 1 nəfər yaralanıb
-
Kartof qaynadarkən 1 stəkan əlavə edin - dağılmır, qabığı öz-özünə soyulur
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində 12 Noyabr – Konstitusiya Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü - (Foto)
-
Günün qoroskopu: Qarşı tərəf təkliflərinizə müsbət yanaşacaq
-
Brüs Uillisin dili tutuldu
-
İtaliyada 6300 məktəbə bomba xəbərdarlığı göndərildi
-
Nərmin Abdinova Avropa çempionu oldu
-
Bu yol birbaşa Bakı-Quba və Bakı-Şamaxı magistralına çıxacaq - (Video)
-
Orbanın qardaşı həbs edildi
-
Bakıda iri mağazaların yerləşdiyi küçə yağışa görə iflic oldu - (Video)
-
19 ildən sonra ikinci divizion oyunçusu milli komandaya çağırıldı
-
Tayland turist vergisi tətbiq edəcək
-
Rusiyanın ABŞ-dəki səfiri ölüb
-
“Əgər Yamal yox, Messi olsaydı, həyəcan keçirərdim” - “Sabah”ın futbolçusu
-
Arif Mirzəyev vəfat etdi
-
Kəmaləddin Heydərov Polşa səfirliyində olub, başsağlığı verib - (Foto/Video)
-
Bakıda yeni söküntüyə görə 4000 manatdan kompensasiya verilir - (Video)





