Sumqayıt və Xırdalandan Bakıya yeni yol – Tıxaclar azalacaq - AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dəmir yolu xətlərinin bərpası və yeni stansiyaların inşası paytaxt və ətraf ərazilərdə tıxacların azalmasına təsir göstərəcəyi gözlənilir.
Mövzu ilə bağlı Milli.Az-a açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, ictimai nəqliyyatın imkişafı xüsusilə relsli növləri tıxaca bir alternativdir.
"Bu gün vətəndaşlar mərkəzə daha çox şəhərətrafı ərazilərdən gəlirsə bu da müəyyən sıxlıq və uzunmüddətli tıxaclar yaradır. Bunun şəhərətrafı ən önəmli alternativi dəmiryol şəbəkəsidir. Bu şəbəkə Bakı Şəhərinin Baş Planına əsasən dəmiryolunun dairəvi hərəkəti nəzərdə tutulmaqla yanaşı bir neçə stansiyasının inşası və köhnə xətlərin bərpası nəzərdə tutulub".
R. Ağamirzəyev bildirib ki, bütün bunlar insanları dəmiryolundan istifadəyə sövq edəcək.
"Hazırda dəmiryolu vasitəsiylə 42 minə yaxın sərnişin daşınırsa 2030-cu ilə qədər görüləcək işlərdən sonra 250 minə qədər sərnişinin daşıması nəzərdə tutulur. İlkin olaraq "Dərnəgül" stansiyası istifadəyə veriləcək. Bu da Sumqayıt və Xırdalandan mərkəzə gələnlər üçün yeni fürsətdir. Əvvəllər onlar səfərlərini "28 May" istiqamətindən təşkil edirdilərsə "Dərnəgül" stansiyası istifadəyə verildikdən sonra bu təzyiq azalacaq, - deyə R. Ağamirzəyev qeyd edib.
Qeyd edək ki, 2026-2027-ci illərdə Yeni Suraxanı-Hövsan, 2026-2028-ci illərdə Bakıxanov-Binə-Qala, 2028-2030-cu illərdə isə Zabrat-Maştağa-Bağlar dəmir yolu xətlərinin bərpası, eləcə də bu xətlər boyunca mövcud stansiyaların bərpası və yeni stansiyaların inşası nəzərdə tutulur.
Layihələndirmə işlərinin bəziləri tamamlanıb. Bundan başqa, bərpa olunacaq xətlər boyunca stansiya və dayanacaqlar üzrə optimallaşdırma işləri həyata keçirilib, stansiyaların yerləri müəyyən olunub. Zabrat-Maştağa-Bağlar xəttində Maştağa və Bağlar stansiyaları daxil olmaqla 7, Bakıxanov-Binə-Qala xəttində Binə və Qala stansiyaları daxil olmaqla 7, Yeni Suraxanı-Hövsan xəttində isə ümumilikdə 4 stansiyanın inşası və ya bərpası planlaşdırılır. Bu stansiyalardan 3-ü Hövsan ərazisində yerləşəcək.
Əlavə edilib ki, Baş Keşlə və Nərimanov stansiyalarına dayanacaq verilməsi, Kürdəxanı, Fatmayı, Saray və Binəqədi dayanacaqlarının yaradılması planlaşdırılır. Dərnəgül dayanacağının tikintisi davam etdirilir.
Ayxan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Nəvainin həbsdən sonra ilk görüntüsü - (Foto)
-
55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi - (Video)
-
Bakının dörd rayonunda işıq kəsiləcək
-
Əli Məmmədova vəzifə verildi
-
Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
-
Çingiz Abdullayev: "Nailə xanımı 40 il əvvəl atam sevirdi, indi də mən sevirəm" - (Video)
XƏBƏR LENTİ
-
Təyyarə havaya qalxmazdan əvvəl alovlandı - (Video)
-
Rusiyanın Zaporojyeyə hücumu nəticəsində 18 nəfər həlak olub
-
Nəvainin həbsdən sonra ilk görüntüsü - (Foto)
-
55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi - (Video)
-
Bakının dörd rayonunda işıq kəsiləcək
-
Əli Məmmədova vəzifə verildi
-
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
-
Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
-
Holand Ronaldunu kölgədə qoydu
-
Çingiz Abdullayev: "Nailə xanımı 40 il əvvəl atam sevirdi, indi də mən sevirəm" - (Video)
-
Azərbaycançılıq milli gücün ideoloji əsaslarını təşkil edən dəyərlər sistemidir
-
Yamalın atası oğlunun əsl adını açıqladı
-
"Dikkat bebek var"ın aktyoru illər sonra - (Foto)
-
Azərbaycanlı karateçi Avropa birinciliyində gümüş medal qazanıb
-
Dambrauskasdan "Fənərbağça" açıqlaması
-
Bakıda üç avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir - Yenilənib
-
Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu - (Video)
-
Qazaxıstanda dövlət çevrilişinə cəhd - 10 nəfər saxlanılıb - (Foto)
-
Pezeşkian: Ali Rəhbər ABŞ ilə bağlı hökumətə səlahiyyət verib
-
Elgün Nurulla işindən ayrıldı
-
“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var
-
"Bu, ölülərin, şeytanın bayramıdır" - Nadir Qafarzadə
-
Siyasi varislik, yoxsa milli xəyanət?
-
DİM-in şəxsi kabinetindən istifadə edənlərə vacib xəbərdarlıq





