Lerikdə vəziyyət hələ də acınacaqlıdır - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son günlər qarlı hava şəraitinin yaratdığı fəsadlar Azərbaycanın əksər bölgələrində həllini tapıb unudulsa da, Lerikə yağan qarın yol açdığı problemlər hələ də sakinləri çarəsiz vəziyyətdə qoyub.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə sosial mediada çoxsaylı paylaşımlar edilib.
Belə ki, rayonun Cəngəmiran, Rvarud, Coni, Anzolu və digər kəndlərinin sakinləri çıxılmaz vəziyyətə düşüblər. Vətəndaşlar bildirir ki, rayonla kəndlər arasında nəqliyyat və piyada əlaqəsi kəsilib, kənd sakinləri öz vəsaitləri hesabına əraziyə texnika gətirsə də, bu da yetərsiz olub. Kəndlərə 1.5 metr hündürlüyündə yağan qar elektrik enerjisinin verilişində də fasilələrə yol açıb. Zuvand-Lerik avtomobil yolunun isə 5 gündür yağan qar səbəbi ilə tamamilə bağlandığı qeyd olunub.
Hətta vəfat edən şəhid bacısı Əntiqə Qənbərova fəsadların nəticəsi, yolların qardan bağlanması səbəbindən 3 gün sonra torpağa tapşırılıb.
Məsələ ilə bağlı Lerik Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, 19-21 yanvar tarixlərində Lerik rayonu ərazisində intensiv yağan qarın qalınlığı Lerik şəhərində 1-1,2 metr, dağlıq ərazilərdə isə 1,3-1,5 metr olub: "Nəticədə yaşayış məntəqələrinə gedən avtomobil yolları bağlanıb, ərazilərə elektrik verilişi dayandırılıb. "52 saylı Yol İstismarı İdarəsi" MMC-nin ağır texnikaları ilə 56 km-lik Lənkəran-Lerik avtomobil yolu qardan təmizlənib, avtomobillərin hərəkəti bərpa edilib. Lerik elektrik şəbəkəsi ərazi icra nümayəndələri, bələdiyyələr və ərazidə yaşayan əhalinin köməkliyi ilə elektirik verilişini əsasən bərpa edib.
Ərazilərə gedən əsas magistral avtomobil yolları rayonda olan şəxsi texnikalar və "52 saylı Yol İstismarı İdarəsi" MMC-nin ağır texnikaları cəlb edilməklə təmizlənsə də, 22-23 yanvar və bu gün davam edən külək nəticəsində yenidən bağlanıb.
Hazırda avtomobil yollarının qardan təmizlənməsi ilə bağlı işlər davam etdirilir. Rayonumuzun Çayrud inzibati ərazi dairəsinə gedən avtomobil yolu qardan təmizlənib. Axşam saatlarında əsən külək yolu bağladığından səhər saatlarından yolun təmizlənməsi üçün yenidən texnikalar işə cəlb edilib.
Rayon ərazisində qaz, su, rabitə ilə bağlı ciddi problemlər qeydə alınmayıb. Rayon İcra Hakimiyyəti tərəfindən rayonun bütün əraziləri ilə mütəmadi əlaqələr saxlanılır, qarşıya çıxan problemlərin həlli istiqamətində operativ tədbirlər həyata keçirilir".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Məktəb direktorluğu üçün elektron sənəd qəbulu 29 iyundan başlayır
-
Avtomobildə sıxılı vəziyyətdə qalan vətəndaş xilas edildi - (Video)
-
Bakı-Tbilisi qatarına biletlərin qiymətləri ucuzlaşdı - (Foto)
-
Xankəndidə kuryer işləyən tələbəni maşın vurdu
-
Füzulidə evin həyətindən kişi meyiti tapıldı
-
Leyla Əliyevanın təşəbbüsü ilə Dübəndi yaşayış sahəsində təmizlik aksiyası təşkil edilib - (Foto)
XƏBƏR LENTİ
-
Məktəb direktorluğu üçün elektron sənəd qəbulu 29 iyundan başlayır
-
Kredit borcu olan vətəndaşlara hansı güzəştlər ediləcək?
-
Avtomobildə sıxılı vəziyyətdə qalan vətəndaş xilas edildi - (Video)
-
Bakı-Tbilisi qatarına biletlərin qiymətləri ucuzlaşdı - (Foto)
-
"Nəvələrimə smartfon vermirəm" - Qırğızıstan prezidenti
-
Xankəndidə kuryer işləyən tələbəni maşın vurdu
-
Füzulidə evin həyətindən kişi meyiti tapıldı
-
Leyla Əliyevanın təşəbbüsü ilə Dübəndi yaşayış sahəsində təmizlik aksiyası təşkil edilib - (Foto)
-
Çimərlik istiqamətinə yeni avtobus marşrutları açıqlandı - Hansı xətt hara gedir?
-
Türkiyənin iki bölgəsində dron həyəcanı: Biri bağçaya, digəri tarlaya düşdü
-
AMB uçot dərəcəsi ilə bağlı qərarı açıqladı
-
Əkizlər,Tərəzi və Xərçəng bürclərini çətin sınaqlar gözləyir
-
Artıq Bakı-Tbilisi qatarlarında 3 ay sonrayadək bilet ala biləcəksiniz
-
Məişət texnikası mağazalarının "pulsuz quraşdırılma" vədi nə dərəcədə dürüstdür? - ARAŞDIRMA
-
Prezident İlham Əliyev: İƏT-in ardıcıl dəstəyini daim hiss etmişik
-
Prezident İlham Əliyev: İslam dəyərlərinin qorunmasına Azərbaycanda həmişə böyük önəm verilib
-
İnternetdə qumar təşkilinə görə cəzalar artırılır - 4 ilədək həbs ola bilər
-
Prezident İlham Əliyev İƏT üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının iştirakçılarına müraciət ünvanlayıb
-
ABB-dən qəribə qərar: "m10"-a pul köçürmələrinə məhudiyyət qoyuldu - (Foto)
-
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
-
CERT göstərişlərinə əməl etməyən “.az” saytları bağlana bilər
-
ADY: Bakı-Tbilisi reysində biletlər hamı üçün eyni vaxtda satışa çıxarılır
-
"Ümid" filminin aktyoru vəfat etdi - (Foto)
-
Fuad Hüseynov həbs edildi





