Kiberhücum cəhdinin qarşısı alındı - Mənzillərin seçimi uğurla başa çatdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mənzil İnşaatı Dövlət Agentliyinin layihələri - Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi, Sumqayıt Yaşayış Kompleksi, Lənkəran Yaşayış Kompleksi, Binəqədi Yaşayış Kompleksi, Şirvan Yaşayış Kompleksi və Yevlax Yaşayış Kompleksində yerləşən ümumilikdə 627 mənzilin ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə "Elektron hökumət" portalı (www.e-gov.az) üzərindən "Güzəştli mənzil" sistemi vasitəsilə satışı prosesinə 03.12.2025-ci il tarixində saat 11:00-da başlanılmış və mənzillərin seçimi müvafiq qaydalara uyğun olaraq şəffaf şəkildə həyata keçirilmişdir.
Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin birgə məlumatında qeyd olunub.
Bildirilib ki, ilk mənzil seçimi 21-ci saniyədə baş tutub. Bu saata olan məlumata görə seçilmiş 627 mənzilin 584-ü üzrə vətəndaşların ərizələri elektron qaydada imzalanaraq uğurla təqdim edilmişdir.
Mənzillərin seçimi prosesinə Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında yaradılmış operativ qərargahda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və "AzInTelecom" MMC-nin və media nümayəndələrinin iştirakı ilə nəzarət edilmişdir. Mənzil seçimi prosesinə nəzarət zamanı müxtəlif kiberhücum cəhdləri müşahidə edilmiş, lakin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən tətbiq edilmiş təhlükəsizlik mexanizmlərinin işə düşməsi ilə həmin cəhdlərin qarşısı uğurla alınmışdır. Vətəndaşlar "Güzəştli mənzil" sistemindən yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada və təlimata uyğun istifadə etməli və onun işinə qanunsuz kibermüdaxilə cəhdlərindən çəkinməlidirlər. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən tətbiq edilən informasiya təhlükəsizliyi mexanizmləri sayəsində bu qəbildən olan cəhdlər operativ şəkildə aşkarlanır, neytrallaşdırılır və sistemin təhlükəsiz fəaliyyəti daimi nəzarətdə saxlanılır.
Seçim mərhələsi başa çatdıqdan sonra isə Mənzil İnşaatı Dövlət Agentliyinin nümayəndəsi "Güzəştli mənzil" sistemində aparılan təkmilləşdirmə işləri və xüsusi proqram təminatları vasitəsilə mənzillərin daha sürətli seçilməsinin qarşısının alınması məqsədilə seçim prosesinə tətbiq edilən əlavə təhlükəsizlik tədbirlərini əyani olaraq nümayiş etdirmişdir.
"Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi isə 9 dekabr 2025-ci il tarixində saat 11:00-da başlayacaq və 12 dekabr 2025-ci il tarixi saat 11:00-dək davam edəcəkdir.
Qaydaya əsasən satış müddətində seçilmiş bir mənzil həmin elan çərçivəsində daha iki şəxs tərəfindən də ardıcıl olaraq gözləmə qaydasında seçilə bilər. Bunun üçün, istifadəçi müəyyən edilmiş müddət ərzində "Güzəştli mənzil" sistemində elektron kabinetində müvafiq bölməyə daxil olaraq ödəniş üsulu, mənzil seçimi üsulu və layihəni seçərək mənzili axtarır. Mənzilə baxış mərhələsində bir neçə istifadəçi eyni mənzilə baxış keçirə bilər və "Təsdiq et" düyməsini sıxan ilk 2 şəxs həmin mənzili gözləmə qaydasında seçə bilər. Daha sonra istifadəçi gözləmə qaydasında seçdiyi mənzilin ərizəsini imzalayıb təqdim etməlidir. Əgər hər hansı bir səbəbdən mənzil onu seçmiş şəxs tərəfindən əldə edilmədikdə, ilk olaraq həmin mənzil gözləmə qaydasında birinci sırada seçmiş şəxsə təklif ediləcək. Eyni qaydada, əgər mənzil hər hansı bir səbəbdən birinci sırada seçmiş şəxs tərəfindən də əldə edilməsə, həmin mənzil gözləmə qaydasında ikinci sırada seçmiş şəxsə təklif ediləcəkdir.
Qeyd edək ki, 03.12.2025-ci il tarixində seçilmiş mənzillər barədə statistik məlumatlar ictimaiyyətə təqdim olunacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Nişan hazırlığı üçün köməyə getdi, bacısı oğlunun qızıllarını oğurladı
-
Xərçəngdən əziyyət çəkən Cansever vəfat etdi
-
Bakıda qəza nəticəsində iki nəfər xəsarət alıb (Foto)
-
Misir Mərdanovun DNT nəticələri açıqlandı (Foto)
-
Röya Ayxanın 2 günlük konserti böyük coşqu ilə yadda qaldı - (Video)
-
Sarayda zəncirvari qəza olub (Foto/Video)
XƏBƏR LENTİ
-
Nişan hazırlığı üçün köməyə getdi, bacısı oğlunun qızıllarını oğurladı
-
Kredit kartı şifrəsində "0" rəqəmi olanlara xəbərdarlıq edildi
-
“Heç kim öz torpağını atıb gedən deyil” - Zelenski
-
Xərçəngdən əziyyət çəkən Cansever vəfat etdi
-
Bakıda qəza nəticəsində iki nəfər xəsarət alıb (Foto)
-
Günün qoroskopu: Özünüzə daha çox vaxt ayırmağı unutmayın
-
İspaniyanın Baş nazirin fotodakı qəribə detalı sosial şəbəkədə viral oldu (Foto)
-
Zəngəzur dəhlizi Azərbaycana ildə 3 milyard dollar qazandıracaq - Vüqar Bayramov
-
Misir Mərdanovun DNT nəticələri açıqlandı (Foto)
-
Röya Ayxanın 2 günlük konserti böyük coşqu ilə yadda qaldı - (Video)
-
Gavalının üzərindəki ağ ləkənin səbəbi bəlli oldu
-
Dünya çempionatında Messini partlatmaq, Ronaldonu qaçırmaq istəyiblər
-
Daş kimi bayat çörəyi 2 saniyədə təzə edən üsul
-
PSJ “Barselona”nın ulduzunu transfer edib
-
Sarayda zəncirvari qəza olub (Foto/Video)
-
Goranboyda evdən 18 yaşlı qızın meyiti tapılıb
-
Günayın ailəsi ilə istirahəti - (Video)
-
Xocavənddə buldozer minaya düşüb
-
Prezident İlham Əliyev Donald Trampa məktub ünvanlayıb
-
“Əbədi dünyada Allaha ilk şikayətim səndən olacaq“ - Naibə Allahverdiyeva
-
“Real Madrid” Messiyə başsağlığı verib
-
Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır - Stiv Uitkoff
-
“Həyatımda nə qədər ilanlar, əqrəblər olub“ - Aygün Kazımova (Video)
-
Şəhid pilot Xəyyam Əliyevin məzarı dağıdıldı (Video)





