Bu şəxslər 16 manatı ödəməyəcək - Nazir açıqladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Nazir əlavə edib ki, qeyri-formal fəaliyyət göstərmək qanunla qadağandır: "Biz deyirik ki, yalnız qanunvericiliklə qadağan edilmiş şəkildə fəaliyyət göstərən insanların sığortasını özləri ödəyəcək. Bunun müəyyən edilməsi meyarları nədir? Xüsusi qaydalar olacaq, onların müəyyən edilməsi qaydaları elektron şəkildə aparılacaq. Fərdiləşmiş məlumat, təqdim olunan şəxsiyyət vəsiqəsinin nömrəsi əsasında müəyyən ediləcək ki, bu insanlar hansı kateqoriyaya düşür. Kateqoriyada olmayan insandan isə gəlirinin mənbəyi soruşulacaq. Onlar da sığortadan kənar qalmır. Şərait yaradılır ki, birdəfəlik sığorta haqqı ödəməklə, istənilən məbləğdə olan tibbi xidmətdən yararlansınlar. Əksinə, təqdim olunan bu yenilik əhalimizin sosial sığorta ilə əhatə olunması istiqamətində növbəti müsbət və güzəştli bir addımdır".
Qeyd edək ki, hazırda formal şəkildə fəaliyyət göstərən qurumlarda işçi 2% və işəgötürən də 2% olmaqla, bir vətəndaş üçün ümumilikdə 4% icbari tibbi sığorta haqqı ödənilir. Sözügedən qanuna dəyişiklik edildikdən sonra müəyyən kateqoriyaya daxil olan şəxslər istisna olmaqla, əmək potensialı olan şəxslər də ayda minimum əməkhaqqının (400 manat) 4%-i həcmində, yəni 16 manat icbari tibbi sığorta haqqı ödəyəcək.
--------
Biz deyirik ki, bəlli bir kateqoriya insanların hamısı, yəni uşaqlar, pensiyaçılar, əlilliyi olan insanlar, əmək qabiliyyətsiz şəxslər, işsizlər dövlət tərəfindən sığorta olunacaq. Nəyəsə görə, bu, tam əks formada başa düşülür ki, işsizlər sığortalanmayacaq. Əksinə, ilk dəfə olaraq qanunvericilikdə birbaşa göstərilir ki, işsizlər də dövlət tərəfindən sığorta olunacaq.
Milli.Az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bugünkü plenar iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, dövlət büdcəsində bu məqsəd üçün 900 milyon manat vəsait qoyulub:
"Bu, təqribən 3-7,5 milyon insanımızın sığorta haqqıdır. Əlavə olaraq, təqribən 2 milyon insanımız muzdlu əmək qabiliyyəti ilə çalışır. Onların da sığortası, əmək qabiliyyətli şəxslərin uyğun olaraq, işçi və işəgötürən tərəfindən qarşılanır. Fərdi sahibkarlarımızın da sığortası onlar tərəfindən qarşılanır".
"Kim kənara qalır? Yalnız işləyən, gəliri olan, bu gəlirini gizlədən, qeyri-formal məşğul olan şəxslər. Qeyri-formal fəaliyyət göstərmək özü qanunvericiliklə qadağan edilmiş bir fəaliyyətdir. Biz deyirik ki, yalnız qanunvericiliklə qadağan edilmiş şəkildə fəaliyyət göstərən insanların sığortasını özləri ödəyəcək", - deyə nazir bildirib.
Sahil Babayevin sözlərinə görə, xüsusi qaydalar olacaq və qeyri-formal məşğul olan şəxslərin müəyyən edilmə meyarları elektron şəkildə aparılacaq:
"Fərdiləşmiş məlumat əsasında, təqdim olunan şəxsin vəziyyətinə uyğun olaraq müəyyən ediləcək ki, bu insanlar hansı kateqoriyaya düşür. O kateqoriyaya düşməyən insanların da gəlirinin mənbəyi soruşulacaq və onlar da sığortadan kənar qalmayacaq.
Əksinə, onlar üçün də imkan yaradılır ki, bir də əlavə sığorta haqqı ödəməklə, istənilən məbləğdə olan tibbi xidmətdən yararlansınlar. Yəni, təqdim olunan bu yenilik əhalimizin sosial sığorta ilə əhatə olunması istiqamətində növbəti güzəşli və müsbət bir addımdır. Bugün qeyri-qanuni şəkildə fəaliyyət göstərən insanlardan savayı hər kəsi tam şəkildə əhatə edir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ülfət çimərlik geyimində fotolarını paylaşdı
-
Bakıda avtomobil iki yerə bölündü - xəsarət alanlar var - Yenilənib (Video)
-
Sumqayıtda zəncirvari qəza: xəsarət alanlar var (Foto)
-
Anar Bayramov Səbuhi Həsənova yüksək vəzifə verdi
-
Yasamal və Nizami rayonlarında işıq olmayacaq
-
Seyfəddin Rəhimov vəfat etdi
XƏBƏR LENTİ
-
Səsdən 2 dəfə sürətli uçan "Concorde" niyə tarixə qovuşdu? - (Video)
-
Həkim insan bədənində ən tez və ən gec yaşlanan orqanları açıqladı
-
Tut yeməyin faydaları
-
Bir stəkan çay müalicəni puç edə bilər
-
Ülfət çimərlik geyimində fotolarını paylaşdı
-
DÇ-2026: İspaniya 1/4 finala yüksəlib
-
Futbolçular niyə içdikləri mayeni tüpürürlər? – Bunun elmi səbəbi var - (Video)
-
Bakıda avtomobil iki yerə bölündü - xəsarət alanlar var - Yenilənib (Video)
-
Bir düymə ilə əlavə qurutma maşını dərdindən xilas olun
-
Mum və ülgüc yoxdur: Asiyalı qadınların tüklərdən xilas olma formulu
-
Unitazları əhəng daşı kimi ağardan üsul: Cəmi iki məhsul kifayətdir
-
Bu üsuldan sonra tomat pastası aylarla qalsa belə kiflənmir
-
Sumqayıtda zəncirvari qəza: xəsarət alanlar var (Foto)
-
Azərbaycan güləşçiləri Avropa çempionatında finala yüksəliblər
-
Anar Bayramov Səbuhi Həsənova yüksək vəzifə verdi
-
Yasamal və Nizami rayonlarında işıq olmayacaq
-
Günün qoroskopu: Şəxsi münasibətlərdə bir az səbirli olun
-
Yurgen Kloppdan Donald Tramp və FİFA-ya sərt reaksiya
-
Mesajınızı "oxundu" edib cavab verməyən insanların 4 ortaq xüsusiyyəti
-
Seyfəddin Rəhimov vəfat etdi
-
"İynə və dərmanlar arıqlamağa kömək etmədi"
-
Soyuducuya bir rulon tualet kağızı qoymağın faydası
-
Qarğıdalı ununda közlənmiş badımcan qızartması
-
Tramp: Rusiya və Ukrayna münaqişəni bitirmək istəyir





