Binalarda qaz qadağan edilə bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda 2035-ci ilə qədər çoxmərtəbəli binalarda təbii qazla işləyən avadanlıqların mərhələli şəkildə istifadədən çıxarılması bildirilir. Belə ki, onların bərpa olunan elektrik enerjisi ilə işləyən sistemlərlə əvəz olunmasını planlaşdırılır.
"BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası" çərçivəsində hazırlanan "Milli Səviyyədə Müəyyənləşdirilmiş Töhfələr" (NDC 3.0) hesabatında binalarda elektrikli hava-su tipli istilik nasoslarının və elektrik plitələrinin quraşdırılması nəzərdə tutulur.
Sənədə görə, yüksək səmərəliliyə malik elektrikli hava-su nasosları həm məişət istiliyini, həm də isti su təminatını qarşılayaraq enerji səmərəliliyinin artırılmasına xidmət edəcək.
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Rövşən Muradov bildirib ki, çoxmərtəbəli binalarda təbii qazla işləyən avadanlıqların istifadəsinin məhdudlaşdırılması təhlükəsizlik baxımından zəruridir.
Onun sözlərinə görə, son günlər baş verən qəza və yanğınlar da bu məsələnin aktuallığını artırır.
"Sovet dövründə müəyyən mərtəbədən yuxarı binalara qaz verilmirdi və yüksək mərtəbələr elektriklə təmin olunurdu. Hazırda isə Bakıda hündürmərtəbəli binaların əksəriyyətində qaz mövcuddur, lakin bəzi binalarda tamamilə elektrik sistemi tətbiq edilir. Belə binalarda isitmə və soyutma mərkəzləşdirilmiş sistemlə həyata keçirilir, lakin xidmət haqqı kifayət qədər yüksəkdir".
Deputat vurğulayıb ki, yeni qəbul olunan istilik təchizatı ilə bağlı qanun da məhz bu istiqamətə yönəlib:
"Binaların ümumi qazanxanalar vasitəsilə qızdırılması həm təhlükəsizlik, həm ekologiya, eləcə də xərclərin azaldılması baxımından daha effektiv ola bilər. Belə olduqda hər evdə ayrıca kombiyə, onun təmirinə, su və elektrik xərclərinə ehtiyac qalmır".
O, eyni zamanda əlavə edib ki, qaz nisbətən ucuz olsa da, təhlükəlidir və havaya buraxılan emissiyalar çirkli havanı daha da pisləşdirir:
"Elektrik əsaslı sistemlərin üstünlükləri olsa da, onların qiyməti və aylıq xərcləri yüksək olduğundan hər kəs üçün əlçatan deyil. Lakin gələcəkdə təhlükəsizlik və ekologiya baxımından müəyyən addımların atılması mümkündür. Mən də bu fikirlə tamamilə razıyam. Təbii qazla işləyən avadanlıqların mərhələli şəkildə istifadədən çıxarılması və onların bərpa olunan elektrik enerjisi ilə işləyən sistemlərlə əvəz olunması məsləhətlidir", - deyə deputat fikrini tamamlayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Könül Kərimovanın adı hallanan məhkəmə ilə bağlı yeni xəbər
-
Rus bölməsi bu fənni Azərbaycan dilində öyrənəcək
-
Sabah bu ərazilərdə leysan olacaq - Proqnoz
-
Serj Sarkisyanın ölkə ərazisindən çıxmasına qadağa qoyulub
-
Sərhəddə nəqliyyat sıxlığı aradan qalxdı
-
Həştərxan vilayətinin qubernatoru Birinci vitse-prezident Mehriban Əliyevaya məktub ünvanlayıb
XƏBƏR LENTİ
-
Könül Kərimovanın adı hallanan məhkəmə ilə bağlı yeni xəbər
-
Rus bölməsi bu fənni Azərbaycan dilində öyrənəcək
-
“Neftçi” Alessio Kurçi ilə yollarını ayırdı
-
Sabah bu ərazilərdə leysan olacaq - Proqnoz
-
Serj Sarkisyanın ölkə ərazisindən çıxmasına qadağa qoyulub
-
Sərhəddə nəqliyyat sıxlığı aradan qalxdı
-
Aldadıcı başlığa görə jurnalistlər saxlanıldı - (Foto)
-
Həştərxan vilayətinin qubernatoru Birinci vitse-prezident Mehriban Əliyevaya məktub ünvanlayıb
-
Türkiyədə zəlzələ oldu
-
Azərbaycanın bank sektorunda artım - Aktivlər 9,5% yüksəldi
-
“iPhone 18” bu rənglərdə olacaq - (Foto)
-
Şabranda ağır qəza: Ölən var
-
Suriyada böyük dəyişiklik: Kürd qüvvələri ləğv edildi
-
Aysel başına gələn hadisəni danışdı: “Bəzi kişilər, niyə beləsiniz?” - (Video)
-
Ali məktəbə qəbul olan ən yaşlı tələbə
-
Azərbaycanda bu ad cəmi 3 uşağa verilib
-
Ronaldo fanatına görə tənqid atəşinə tutuldu - (Video)
-
Prezident İlham Əliyev qələbə münasibətilə “Sabah” futbol klubunu təbrik edib - (Foto)
-
Polis ötən gün 73 cinayətin üstünü açdı - 121 nəfər saxlanıldı
-
Xırdalanda 1 yaşlı körpə 7-ci mərtəbədən yıxılaraq öldü
-
Pulunu dollara dəyişmək istəyənlərin diqqətinə
-
Müller və komanda yoldaşları atışıb Portuqaliya klubunu aldılar
-
Bakıda 19 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürdü
-
Avqustun son günlərində pulları artacaq 3 bürc - Siyahı





