Ölkə

Bakıda "tıxac vergisi" ödəniləcək

23 Sentyabr 2025 16:34
Baxış: 524
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakıda ödənişli hərəkət zonalarının yaradılması planlaşdırılır. Bəs bu qərarın sürücülər üçün hansı üstünlükləri və çətinlikləri olacaq?

Milli.Az xəvər verir ki, nəqliyyat eksperti Yasin Mustafayev Metbuat.az-a açıqlamasında bildirib ki, ödənişli zonaların yaradılması gözlənilən addımdır:

"Bu, dünya təcrübəsində də mövcuddur və bəzən "tıxac vergisi" adlanır. Yəni bəzi ərazilərə giriş-çıxış məhdudlaşdırılacaq və həmin yerlərə daxil olmaq ödənişli olacaq. Bu addım sıxlığın, tıxacların azalmasına və insanların daha rahat hərəkət etməsinə xidmət edir".

Qeyd edək ki, Nazirlər Kabineti Bakı şəhərinin inzibati ərazisində ödənişli hərəkət zonalarının yaradılması və həmin zonalara daxil olma haqqının məbləği ilə bağlı təklifləri üç ay müddətində hazırlayıb Prezidentə təqdim etməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.