Ölkə

Xırdalanda işıq olmayacaq

15 İyul 2025 16:30
Baxış: 933
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xırdalanda yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Milli.Az xəbər verir ki, bu barədə "Azərişıq" məlumat yayıb.

Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq "Əliağa Vahid" yarımstansiyasında yeni quraşdıran 25 mVA gücündə transformator iyulun 15-də elektrik şəbəkəsinə qoşulacaq.

Bununla əlaqədar olaraq saat 16:30-dan 17:30-dək Xırdalan şəhərinin bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.