Ölkə

Bu ərazilər işıqsız qalacaq

11 İyul 2025 09:06
Baxış: 1 261
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq "Əliağa Vahid" yarımstansiyasında iyulun 11-də yenidənqurma işləri həyata keçiriləcək.

Milli.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bununla əlaqədar olaraq saat 10:00-dan 17:00-dək Bakı-Sumqayıt şosesi, Xırdalan şəhəri Heydər Əliyev prospekti, Nizami Gəncəvi küçəsi, "Kənd Xırdalan" adlanan ərazisinin bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.