DYP-dən motosiklet və skuter sürücülərinə xəbərdarlıq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son illərdə ölkədə çatdırılma xidmətlərinə tələbatın artması ilə əlaqədar olaraq, küçə və prospektlərdə moped, motosiklet, velosiped, eləcə də skuter və digər kiçik elektrik nəqliyyat vasitələrindən istifadə edən sürücülərin sayı da əhəmiyyətli dərəcədə artıb.
Baş Dövlət Yol Polisi İdarəsindən Milli.Az-a verilən xəbərə görə, bu nəqliyyat vasitələrinin sürücüləri arasında yol hərəkəti qaydalarına məsuliyyətsiz yanaşanlar da az deyil.
Bildirilib ki, nəticədə isə həm sürücülərin özləri, həm də digər yol hərəkət iştirakçıları ciddi təhlükə ilə üzləşir.
Baş Dövlət Yol Polisi İdarəsi bu növ nəqliyyat vasitələrinin sürücülərinə çağırış edib:
"- Moped, motosiklet, velosiped, eləcə də skuter və digər kiçik elektrik nəqliyyat vasitələrinin sürücüləri yol hərəkəti iştirakçısı olduqlarını yaddan çıxarmamalı, digər avtonəqliyyat vasitələrinin sürücüləri kimi bütün qaydalara qeyd-şərtsiz əməl etməlidirlər. Svetoforun qadağanedici işığında hərəkət etmək, yolun əks istiqamətinə çıxmaq, piyadalara təhlükə yaratmaq yolverilməzdir.
- Motoşlem, dizlik, dirsəklik kimi qoruyucu vasitələrdən istifadə edilməlidir. Gecə saatlarında və məhdudiyyətli görünmə şəraitində üzərində işiqqaytarıcı elementlər olan geyimlərdən istifadə olunması tövsiyə edilir.
- Sürət həddinə əməl edilməli və manevr qaydalarına riayət olunmalıdır. Unutmayın ki, hər hansı sifarişi tez çatdırmaq üçün riskli manevrlər etmək, sürət həddini aşmaq sizin və digərlərinin həyatını üçün ciddi təhlükədir.
- Mobil telefon və ya digər bu tipli vasitələrdən istifadə hərəkət zamanı diqqəti yayındıran əsas səbəblərindəndir. Sürücü nəqliyyat vasitəsini idarə edərkən yalnız yola diqqət yetirilməlidir.
- Kuryer xidmətləri təşkil edən bütün hüquqi və fiziki şəxslər əməkdaşlığa cəlb etdikləri sürücüləri yol hərəkəti qaydaları ilə bağlı mütəmadi maarifləndirilməli, onların yalnız etibarlı və texniki cəhətdən saz nəqliyyat vasitələri ilə fəaliyyət göstərmələrini təmin edilməlidirlər.
- Təhlükəsizlik standartlarına cavab verən qoruyucu vasitələrlə təminat vacib şərtlərdən biri olmalı və kuryerlərə münasibətdə sürətli çatdırılma deyil, təhlükəsiz hərəkət prinsipi əsas tutulmalıdır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Smartfon Wi-Fi-ya qoşulduqda belə gigabayt "yeyir": dayandırmağın yolu
-
Qəhvəyə 1 çay qaşığı əlavə edin: Şəkəri əvəz edir, arıqlamağa kömək edir
-
Evli kişilərin tualetdə uzun müddət qalmağının səbəbi
-
Məşhur ulduzların səhnəyə çıxmazdan əvvəlki qəribə vərdişləri
-
Süni intellektə bu sualı verməyin - nəticəni oxuyan xəstəxanaya qaçır
-
Şabalıd soyarkən çətinliyə son: Küçə satıcılarının gizli fəndı
-
İran ABŞ ilə danışıqlar üçün 7 günlük plan təklif edib - Əraqçi
-
Koronavirus yenidən yayılmağa başlayıb - (Video)
-
Qurban Bayramov vəfat etdi
-
Günün qoroskopu: Keçmişdə verdiyiniz bəzi qərarlar bu gün öz təsirini göstərəcək
-
Bərdədə ağır qəzada həlak olan iki dostun fotosu
-
Sabah Şəkidə qaz olmayacaq
-
Bütün sərnişinlərin öldüyü qəzanın səsyazısı yayıldı - (Video)
-
“Amay” Ticarət Mərkəzinin damı təhlükə saçır - (Video)
-
Dövlət Baxçalıya ağır itki üz verdi
-
Təyyarə havaya qalxmazdan əvvəl alovlandı - (Video)
-
Rusiyanın Zaporojyeyə hücumu nəticəsində 18 nəfər həlak olub
-
Nəvainin həbsdən sonra ilk görüntüsü - (Foto)
-
55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi - (Video)
-
Bəzi ərazilərdə işıq olmayacaq - Yenilənib
-
Əli Məmmədova vəzifə verildi
-
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
-
Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
-
Holand Ronaldunu kölgədə qoydu





