Culfa rayonunun bir kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Milli.Az xəbər verir ki, bu barədə Naxçıvan Qaz İstismar Xidməti məlumat yayıb.
Bildirilib ki, 50 mm və 76 mm borular korroziyaya uğradığı üçün yeraltı xəttin yerüstü xətlə dəyişdirilməsi ilə əlaqədar qaz təchizatı Culfa rayon Gülüstan kəndində 01.07.2025 tarixdə saat 14:00-dan müvəqqəti dayandırılacaq.
Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.
Milli.Az