Ölkə

Bu gecə metro 2-yə kimi işləyəcək

21 İyun 2025 10:00
Baxış: 1 795
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda UFC döyüş gecəsinə görə metronun iş vaxtı uzadılacaq.

İyunun 21-də Bakı Kristal Zalında keçiriləcək "UFC Fight Night" tədbiri ilə əlaqədar olaraq Bakı metropoliteninin iş rejimində dəyişiklik ediləcək.

"Bakı Metropoliteni" QSC-nin yaydığı məlumata görə saat 20:00-dan 00:00-dək davam edəcək tədbirə uyğun olaraq metronun iş vaxtı iyunun 21-dən 22-nə keçən gecə 2 saat uzadılacaq.

Sərnişinlərin rahat və təhlükəsiz şəkildə mənzil başına çatmasını təmin etmək üçün bütün stansiyaların girişləri saat 00:00-dan 02:00-dək açıq qalacaq. Eyni zamanda, Bakı Kristal Zalına yaxın olan "Sahil" və "İçərişəhər" stansiyalarında əlavə təhlükəsizlik tədbirləri görüləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.