Ölkə

Şagirdlərin “tamaşaya çevrilmiş dərs” istəyinə müəllimlər hazırdırmı? - ÖZƏL

17 İyun 2025 15:51
Baxış: 833
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Sertifikatlaşma təhsilin maraqlı tərəflərinin mənafeyinə xidmət edir, burada əsas fiqur şagirddir. Şagird istəyir ki, müəllim dərsi tamaşaya çevirsin, onu yormadan onunla birlikdə addımlasın".

Bəs müəllimlər buna hazırdırmı?

Milli.Az xəbər verir ki, sualımıza cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu bildirib ki, şagirdlər üçün qrup şəklində maraqlı keçən dərs müəllim mühazirəsindən daha maraqlıdır:

"Dərs o formada keçəndə şagirdlər də bir-birini öyrədib, başa sala bilirlər. Müəllim mühazirə desə, şagirdlərin öyrənmək istəyib qulaq asanları ilə yanaşı, bəziləri dərsi pozmağa çalışa bilərlər. Amma qrup kollektiv şəkildə olan dərs prosesində isə bütün şagirdlər aktiv iştirak edir".

Aysel Əkbər
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.