Ölkə

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında nə qədər əhali yaşayır?

17 İyun 2025 10:05
Baxış: 438
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu günədək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yenidən tikilən və ya bərpaolunan evlərinə qayıdan keçmiş məcburi köçkünlərin sayı 15 minə (3 721 ailə) yaxındır.

Bunu Trend-ə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.

F.Hüseynov bildirib ki, bu ərazilərdə olan əhali yalnız keçmiş məcburi köçkünlərlə kifayətlənmir.

"Dövlət qurumlarının yeni qurulmuş bölmələrində, genişmiqyaslı yenidənqurma və bərpa işlərində çalışanları da nəzərə alsaq, ümumilikdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında məskunlaşan əhalinin sayı 44 minə yaxındır", - deyə sədr müavini vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.