Ölkə

Qazla bağlı icazə bu orqana həvalə edildi - YENİLİK

10 İyun 2025 15:31
Baxış: 1 068
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qaz təchizatı sektorunda icazələr müəyyənləşdirilir.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan "Qaz təchizatı haqqında" qanun layihəsində öz əksini tapıb.

Qaz təchizatı sektorunda aşağıdakı işlər bu qanun və "Lisenziyalar və icazələr haqqında" Qanuna uyğun olaraq verilən icazələr əsasında həyata keçiriləcək:

qazın nəqli;
qazın paylanması;
sənaye qaz qurğusunun istismarı;
qazın saxlanması.
Qazın nəqli, paylanması və sənaye qaz qurğusunun istismarı üçün icazə tənzimləyici (2028-ci il iyulun 1-dən qüvvəyə minir), qazın saxlanması üçün icazə isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən veriləcək.

İcazə şərtləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən qaz təchizatı sisteminə dair qaydalarla müəyyən ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.