Ölkə

Azərbaycanda yeni tibb müəssisəsi tikilir - 18,5 milyon manata

6 İyun 2025 19:07
Baxış: 888
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı şəhəri, Sabunçu rayonunun Maştağa qəsəbəsində İxtisaslaşmış Narkoloji Tibb Müəssisəsinin ikinci mərhələsi üzrə tikinti işləri aparılacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrinin Müdiriyyətində bir neçə ay öncə müvafiq tədbirlərə start verilsə də, prosesin icrasına hələ də başlanılmayıb.

Belə ki, qurum hələ tikinti işlərini aparacaq şirkəti müəyyənləşdirə bilməyib. Buna baxmayaraq, yenidən müvafiq tender elan edilib.

Dövlət xidməti görüləcək işlərin 18 522 080 manata başa gələcəyini proqnozlaşdırıb.

Qeyd edək ki, müəssisənin birinci mərhələ üzrə tikintisinə 2023-cü ilin sonlarında start verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.