Azərbaycanda distant təhsil TANINACAQ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) distant təhsil xidmətlərinin təşkili ilə yeni dövlət standartı qəbul edib.
Milli.Az xəbər verir ki, AZSTAND-ın yaydığı məlumata görə, bu standart distant təhsil xidmətlərinin layihələndirilməsi, göstərilməsi, monitorinqi və qiymətləndirilməsi proseslərini əhatə edir və bu sahədə beynəlxalq normalara uyğunluğun təmin olunmasına xidmət edir.
Yeni standartın tətbiqində əsas məqsəd müasir texnologiyaların imkanlarından istifadə etməklə təhsil sistemində çevikliyi və əlçatanlığı artırmaq, eyni zamanda vətəndaşlara yerindən asılı olmayaraq keyfiyyətli təhsil almaq üçün geniş imkanlar yaratmaqdır.
Ekspertlər deyir ki, bu standartın qəbul olunması hazırda xarici ali məktəblərdən distant formada alınan diplomların avtomatik tanınacağı anlamına gəlmir. Bununla belə, Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələri bu standart əsasında distant təhsil xidmətlərini qurmaqla beynəlxalq tələblərə uyğun fəaliyyət göstərə biləcəklər.
Standart xüsusilə əyani təhsilə davam edə bilməyən - rayonda yaşayan, xəstəliyi olan, iş həyatı ilə təhsili uzlaşdırmağa çalışan şəxslər üçün daha əlverişli təhsil imkanları yaradılmasına töhfə verəcək.
Qeyd edək ki, yeni standartın qəbul edilməsi distant təhsil formasının yaradılacağı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Modern.az mövzu ilə bağlı elm və təhsil eksperti Kamran Əsədovla həmsöhbət olub.
Onun sözlərinə görə, Azərbaycanda 2009-cu ildə qəbul edilmiş Təhsil haqqında Qanunda təhsil alma formalarından biri kimi distant təhsil nəzərdə tutulub:
"Amma heç bir hüquqi bazası, eyni zamanda təhsilanları təhsili necə almalarını yoxlayan, qiymətləndirən mexanizm olmadığına görə, bu formada təhsil hələki Azərbaycanda tanınmır. Hazırda Standartlaşdırma Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən tətbiq edilən qaydalar, o demək deyil ki, ölkəmizdə distant təhsil tanınır".
Azərbaycanda distant təhsil tanınacaq
Ekspert bildirib ki, pandemiya dövründə dərslərimiz onlayn formada keçirildi, çünki başqa alternativ təhsil alma forması mümkün deyildi:
"Amma hazırda təsdiqlənən qaydalar distant təhsilin ölkəmizdə tanınması demək deyil. Onlar sadəcə olaraq distant təhsilin standartlarını müəyyən edir. Bu gələcəkdə distant təhsilin Azərbaycanda tanınmasına imkan verəcək ilkin hüquqi bazadır. Distant təhsilin ölkəmizdə tanınması üçün əvvəlcə ali təhsil haqqında qanun qəbul olunmalıdır. Ardınca Nazirlər Kabineti tərəfindən distant təhsilin təşkili qaydaları, qiymətləndirilməsi hazırlanmalıdır".
"Çox təəssüflər olsun ki, insanlar artıq distant diplomların tanınacağını düşünür, bu belə deyil. Sadəcə olaraq distant təhsilin standartları təsdiqlənib. Necə ki, Azərbaycanda hazırda əyani və qiyabi təhsilin standartları varsa, distant təhsilin də standartları olacaq.Biz distant təhsili tətbiq etməliyik, çünki dünyanın bütün nöqtələrində müasir təhsil alma forması kimi tətbiq edilir. İnsanlar məkan dəyişmədən, böyük vəsaitlər sərf etmədən təhsil ala bilirlər. Bu gün distant təhsil alma formalarının önündə gəlir. Azərbaycanda da bu birmənalı şəkildə olmalıdır. Standartlar imkan verəcək ki, ali təhsil haqqında qanun qəbul olunduqdan sonra distant təhsil də ölkəmizdə tanınsın"-K.Əsədov qeyd edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Formula 1" ilə əlaqədar bir sıra marşrutların hərəkət istiqaməti dəyişdirilir
-
"Bilirəm ki, mən yatağa düşsəm, o yanımda olacaq" - (Video)
-
Toyda bəy özündən çıxdı: Tortu yerə çırpdı - (Video)
-
Bu köhnə 250 manat hərracda yüksək qiymətə satıldı - (Video)
-
Röyanın illər əvvəl atası ilə təsirli dialoqu kövrəltdi - (Video)
-
“SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” - (Video)
XƏBƏR LENTİ
-
Asiyanın ən varlı insanı odur
-
"Formula 1" ilə əlaqədar bir sıra marşrutların hərəkət istiqaməti dəyişdirilir
-
Prezident İlham Əliyev onları təltif etdi - Siyahı
-
"Bilirəm ki, mən yatağa düşsəm, o yanımda olacaq" - (Video)
-
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edilib
-
Mbappe 20 illik sponsorunu dəyişdi
-
Kəpənəklər arasında inanılmaz fərq - Biri 14 gün, digəri 348 gün yaşayır
-
Toyda bəy özündən çıxdı: Tortu yerə çırpdı - (Video)
-
Bu köhnə 250 manat hərracda yüksək qiymətə satıldı - (Video)
-
Erməni ordusu savaşa hazırlaşır: 500 km uça bilən...
-
Röyanın illər əvvəl atası ilə təsirli dialoqu kövrəltdi - (Video)
-
“SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” - (Video)
-
Tramp onu hava limanında şəxsən qarşılayacaq
-
Bazar gününün havası açıqlandı
-
Dövlət Bayrağının bu şəhərlərdə dalğalanması ölkənin ərazi bütövlüyünün bərpasının təzahürü idi - Kamaləddin Qafarov
-
Aparıcı “palatka biznesi” ilə bağlı şok sirri açdı - (Video)
-
Bakıda bu marşrut avtobuslarının yolu dəyişdirildi - Siyahı
-
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - (Video)
-
Serxio Ramos: "Ardaya kifayət qədər şansı verilsə, onu keçə bilər"
-
Rusiyada ayılara görə komendant saatı tətbiq edildi
-
Hərbçimizlə erməni qadın arasında dialoq - (Video)
-
Trampdan Rusiyaya qarşı sərt addım - İmzaladı
-
Elgizin görüntüsü viral oldu – (Video)
-
Tural İsmayılov yeni vəzifəyə təyin olundu





