Bank kartları necə talanır? - Ciddi XƏBƏRDARLIQ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda son dövrlərdə bank kartlarından kütləvi şəkildə vəsaitlərin oğurlanması və vətəndaşların adından qanunsuz onlayn kreditlərin götürülməsi halları artmaqdadır. Bu barədə Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz sosial media hesabında paylaşım edib.
Milli.Az-ın məlumatına görə, Osman Gündüz bildirib ki, bu sahədə artan vətəndaş müraciətləri bank sektorunda problemlərin düşündüyümüzdən də ciddi olduğunu ortaya qoyur:

"Son günlər bank kartlarından edilən kütləvi oğurluqlar və bankların məsuliyyəti ilə bağlı paylaşımımızdan sonra bizə çoxsaylı müraciətlər daxil olub. İnsanlar onların xəbəri olmadan adlarına kredit götürüldüyünü bildirirlər və araşdırmalar nəticəsində vəziyyətin həqiqətən də kritik olduğu görünür".
Ekspertin sözlərinə görə, hazırda ölkədə demək olar ki, bütün banklar onlayn kredit xidmətləri təqdim edir. Bu xidmətlər geniş yayılsa da, ciddi riskləri də özü ilə gətirir. Kiberfırıldaqçılar vətəndaşların adından saxta üsullarla kredit götürə bilirlər və vətəndaşlar bu əməliyyatlardan yalnız günlər sonra xəbər tutur. Banklar isə məsuliyyəti üzərlərinə götürmək əvəzinə, "siz təsdiqləmisiniz" cavabı ilə kifayətlənirlər.
Osman Gündüz qeyd edib ki, bankların onlayn kredit prosesində identifikasiya sistemləri zəifdir:
"Qısa araşdırma ilə məlum oldu ki, yalnız bir neçə bank dövlətə məxsus SİMA biometrik imza sistemindən istifadə edir. Digər banklar isə adi üsullarla və ya ən yaxşı halda videozəng vasitəsilə identifikasiya aparırlar. Hətta bəzi böyük banklar öz daxili biometrik sistemlərini yaradıblar, lakin qanunvericiliyə uyğun lisenziyaları yoxdur".
Ekspert həmçinin Mərkəzi Bankın bu məsələyə qarşı ciddi tədbirlər görmədiyini də vurğulayıb. Onun fikrincə, artıq videozənglə identifikasiya sistemi öz aktuallığını itirib, dünya praktikasında isə üstünlük biometrik identifikasiya üsullarına verilir.
"Azərbaycanda da qanunvericilik təkmilləşdirilməli və onlayn kredit üçün yalnız biometrik identifikasiya məcburi olmalıdır. Yalnız lisenziyalı biometrik imzalama vasitələrinə icazə verilməlidir".
Bundan başqa, rəqəmsal savadlılığı zəif olan və bir neçə bank kartı olan vətəndaşlar da risk altındadır. Osman Gündüz bu kateqoriyadan olan şəxslərə bank tətbiqlərində müəyyən təhlükəsizlik imkanlarının - məsələn, onlayn kreditə tam məhdudiyyət qoyma seçimlərinin verilməsini təklif edir.
Sonda o, bankların məsuliyyətinin artırılmasının vacibliyini vurğulayıb:
"Mərkəzi Bank bu sahədə banklara qarşı yeni yanaşma ortaya qoymalıdır. Banklar vətəndaşlara "özünüz təsdiqləmisiniz" deyib məsuliyyətdən yayınmamalıdır. Əgər məsuliyyət artırılmasa, bu problemin həlli çox çətin olacaq".
Kənan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Narkokuryerlərə qarşı əməliyyat: 31 kiloqramdan çox narkotik götürüldü - (Video)
-
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib
-
"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" AZCON-un idarəetməsinə verilib
-
Bu məhsulların gömrük rüsumu artırıldı
-
3 gün morqda qaldıqdan sonra tabutda ayılan qazimiz - (Video)
-
Martin Ryan cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı - (Yenilənib)
XƏBƏR LENTİ
-
Narkokuryerlərə qarşı əməliyyat: 31 kiloqramdan çox narkotik götürüldü - (Video)
-
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib
-
"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" AZCON-un idarəetməsinə verilib
-
Bu məhsulların gömrük rüsumu artırıldı
-
3 gün morqda qaldıqdan sonra tabutda ayılan qazimiz - (Video)
-
Martin Ryan cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı - (Yenilənib)
-
Bakıda Gəncə Dövlət Filarmoniyasının konserti keçirilib - (Foto)
-
Əli Əsədovdan mühüm qərar
-
Rusiyada taksi sürücüsü sərnişinə 3 dəfə atəş açdı
-
David Alaba İtaliya klubuna transfer olundu
-
Si Szinpin ABŞ-a yola düşdü
-
Qışda uşaqları xəstə edən soyuq deyilmiş
-
“Sənət inciləri” layihəsi üzrə ADA Universitetində mühazirə-konsert keçirilib - (Foto)
-
Uşağı məktəbə nə vaxt göndərmək olmaz?
-
Sərxan Kərəmoğlu: “Azərbaycanda özümdən artıq müğənni bilmirəm, hamısından üstünəm”
-
Əfv sərəncamının icrasına başlanılıb - (Yenilənib)
-
Haalanddan türk mahnısı ilə sürpriz
-
MİDA-nın 13 qeyri-yaşayış obyekti hərraca çıxarılır
-
Rusiya Zelenskinin təhlükəsizliyini təmin etməyə hazırdır
-
Əməkdar artist: “Həkimlər çəkici elə vurublar ki, sümüyüm sınıb”
-
Verstappen Bakıda mövsümün ilk qələbəsini qazanmağa çalışacaq
-
Azərbaycanda hava kəskin dəyişir - Xəbərdarlıq edildi
-
Türkiyənin 36 vilayətində əməliyyat: 826 şübhəli saxlanıldı
-
Murat Boz “Allah belanı versin" deyib, mikrafona tüpürdü - (Video)





