Ölkə

Sumqayıtda ağacəkmə aksiyası keçirilib - FOTO

2 May 2025 08:46
Baxış: 621
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sumqayıt şəhərində "Konstitusiya və Suverenlik İli" çərçivəsində Sumqayıt Bulvarı ərazisində ağacəkmə aksiyası keçirilib.

Milli.Az xəbər verir ki, aksiyada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər.

Aksiya çərçivəsində 150-yə yaxın ağac əkilib. Aksiyada Asan Xidmət könüllüləri də iştirak ediblər.

Şəhərin ekoloji mühitinin yaxşılaşdırılması, yaşıllıq sahələrinin genişləndirilməsi və gələcək nəsillər üçün sağlam mühitin formalaşdırılmasına töhfə verən bu təşəbbüs Sumqayıtda ekoloji layihələrin davamlı şəkildə həyata keçirilməsi və şəhərin inkişaf strategiyasının vacib istiqamətlərindən biridir. Bu çərçivədə şəhərdə yaşıllaşdırma tədbirləri mütəmadi olaraq keçirilir, müxtəlif ağac növlərinin əkilməsi və ekosistemin qorunması istiqamətində ardıcıl işlər görülür.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Vətən müharibəsi qazisi, birinci qrup əlil Əzizov Rəvan üçün inşa edilən evlə də tanış olublar. Görüş xoş təəssüratla yadda qalıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.