Maraqlı

Aktyorun xanımı faciəvi şəkildə öldü, qızı yaralandı - FOTO

2 May 2025 15:00
Baxış: 1 604
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kanadada keçirilən festival zamanı dəhşətli hadisə baş verib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, sürücü Audi-ni festival iştirakçılarının üstünə sürüb. Hadisə nəticəsində 11 nəfər ölüb, xeyli yaralı var.

Lapu Lapu Günü ilə bağlı təşkil olunmuş tədbir zamanı hadisənin qurbanına çevrilənlər sırasında aktyor Noel Johansenin həyat yoldaşı Jenifer Darbellay və azyaşlı övladı olub.

Aktyorun həyat yoldaşı dünyasını dəyişib, 7 yaşlı qızı yaralanıb. Festivalda aktyorun özü və oğlu da iştirak edib.

Qeyd edək ki, aktyor "Psych", "Supernatural", "Fargo" və "The Good Doctor" kimi layihələrdə rol alıb.

İsmayıl
Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.