Dünya

Bil Qeytsin qızı efirdə bilmədən atasının sirrini açıqladı - FOTO

2 May 2025 14:29
Baxış: 1 621
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bill Qeytsin qızı atasının qatıldığı verilişlərin birində bilmədən atasının xəstəliyini açıqlayıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, 22 yaşlı Phoebe Qeyts səhvən atasının Asperger sindromu olduğunu söyləyib.

22 yaşlı Stanford tələbəsi Phoebe Qeyts bu etirafı məşhur "Call Her Daddy" podkastına qonaq olarkən edib. Phoebe söhbət zamanı atasının vəziyyətinə işarə edib.

Bu sözlər maraq doğurub, çünki Bill Qeyts indiyə qədər belə bir diaqnozla bağlı heç vaxt rəsmi açıqlama verməyib. İndiyə qədər o, sadəcə autizm spektrində olan bəzi xüsusiyyətləri özündə gördüyünü bildirmişdi, amma ailə üzvü tərəfindən konkret diaqnozun adının çəkilməsi ilk dəfədir.

Qeyd edək ki, asperger sindromu autizm spektri pozuntularından biridir. Bu sindromu olan insanlar başqalarının emosiyalarını anlamaqda, göz təması qurmaqda, sosial qaydalara riayət etməkdə çətinlik çəkirlər. Eyni zamanda, hər hansı bir sahəyə dərin maraq göstərib o mövzuda geniş bilik toplaya bilirlər. Məsələn, riyaziyyat, texnologiya, tarix və ya dəmir yolları kimi sahələrdə...

İslam
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.