İdman

“Qalatasaray” rəhbərliyindən İkardi ilə bağlı sərt xəbərdarlıq

2 May 2025 18:22
Baxış: 1 308
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mövsümün əvvəlində Avropa Liqasındakı "Tottenhem" matçında zədələnən və uzun müddətdir meydanlardan uzaq qalan Mauro İkardi ilə bağlı "Qalatasaray"da böhran yaşanır.

Milli.Az xəbər verir ki, argentina mətbuatında yayılan məlumatlara görə, klub rəhbərliyi artıq futbolçunun vəziyyətindən narazıdır.

Jurnalist Xuan Etçeqoyenin iddialarına əsasən, "Qalatasaray" rəhbərliyi İkardiyə ölkəyə geri dönməsi və komanda ilə məşqlərə başlaması barədə xəbərdarlıq edib. Əks halda, klubun onunla müqaviləyə xitam verə biləcəyi bildirilir.

Jurnalist əlavə edir ki, İkardinin şəxsi həyatındakı qalmaqallar və media çıxışları klub rəhbərliyinin səbrini daşırıb. Klubun daxilində keçirilən iclasda prezidentin köməkçisi İbrahimsarayın futbolçunun gələcəyi ilə bağlı qərar verilməsini tələb etdiyi də qeyd olunur.

Qeyd edək ki, Mauro İkardi hazırda müalicəsini Argentinada davam etdirir və onun İstanbulda nə vaxt görünəcəyi hələlik bilinmir.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.