Türkiyədə qeydi-adi oğurluq hadisəsi baş verib.
Milli.Az xəbər verir ki, Adanada iki toydan oğurluq edən şəxs gəlinlə bəyə həyatlarının şokunu yaşadıb.
Sarıçam rayonunda 48 yaşlı S.E. dəvət olunmadığı iki fərqli toy məclisinə girib, tort yeyərək 100 min lirəlik pullu zərfləri oğurlayıb və bu anlar kameraya düşüb. Şübhəli əvvəl bir toyda 60 min lirəni oğurlayıb, bir neçə gün sonra başqa toya gedərək eyni üsulla bəy və gəlinin pullarını gizlicə ciblərinə qoyub salondan çıxıb.
Hər iki toyun sahibləri pulun əksik gəldiyini hiss edəndə polisə müraciət edib, şübhəli üz tanıma sistemi ilə tapılıb və evində tutulub. Polisə verdiyi ifadədə, "Daxil oldum, tort yedim, sonra pulları görəndə dayana bilmədim, oğurladım" deyib.
Məhkəmə onun həbsi barədə qərar verib.
İsmayıl
Milli.Az