Dünya

Məktəbdə yeməyin içindən ilan qalıqları çıxdı - Yüzlərlə şagird zəhərləndi

2 May 2025 10:15
Baxış: 2 704
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hindistanın Bihar əyalətində yerləşən Mokama şəhərindəki hökumət məktəbində baş verən zəhərlənmə hadisəsi ölkədə ciddi narahatlıq yaradıb.

Milli.Az xəbər verir ki, yerli media orqanı News18-in məlumatına görə, aprelin 24-də məktəb yeməyində ilan qalıqları tapıldıqdan sonra yüzlərlə şagird zəhərlənib.

Hadisə nəticəsində azı 22 uşaq xəstəxanaya yerləşdirilib.

Zəhərlənməyə səbəb olan ilan qalıqları rəsmi olaraq təsdiqlənməsə də, yerli əhali məsələyə sərt reaksiya verib. Qəzəbli sakinlər məktəbə aparan əsas yolu nəqliyyata bağlayaraq məsul şəxslərin cəzalandırılmasını tələb ediblər.

Hazırda baş verən hadisə ilə bağlı rəsmi istintaq başladılıb. 

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.