Ölkə

“Azərsun Holdinq”in yeni rəhbəri o, oldu

2 May 2025 19:37
Baxış: 1 205
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Azərsun Holdinq"in Müşahidə Şurasının yeni sədri müəyyənləşib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu vəzifəyə Ahmad Gozal gətirilib.

Bu ilin yanvarında dünyasını dəyişən Abdolbari Gozalin oğlu olan Ahmad Gozal 2006-cı ildə Bilkent Universitetinin menecment ixtisası üzrə məzunu olub. 

Elə həmin ildən etibarən "Azərsun Holdinq"in idarəetməsində yaxından iştirak edib. 

Şirkətlər qrupunun müxtəlif strukturlarında fəaliyyət göstərdikdən sonra 2018-ci ildən etibarən "Azərsun Holdinq"in Müşahidə Şurasının sədr müavini və Holdinqin təftiş komissiyasının sədri təyin edilib. 2022-ci ildən etibarən Azərbaycan Sənaye Bankı ASC-nin Müşahidə Şurasının sədri vəzifəsini icra edir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.