Saatlıq minimum əməkhaqqına keçidə hazırlıq gedir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Cari ilin 1 iyun tarixinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən saatlıq minimum əməkhaqqının tətbiqi ilə bağlı təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi planlaşdırılır.
Nazirliyin Mətbuat Xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, saatlıq minimum əməkhaqqı ilə bağlı təkliflər hazırda aidiyyəti qurumlarla razılaşdırılma mərhələsindədir.
"Layihə ilə bağlı yenilik olduğu təqdirdə, bu barədə ictimaiyyətə məlumat veriləcəkdir", - açıqlamada vurğulanıb.
Qeyd edək ki, saatlıq minimum əməkhaqqının tətbiqi ilə bağlı fikirlər birmənalı deyil.
İqtisadçı ekspert Eldəniz Əmirov saatlıq əməkhaqqının ciddi şəkildə müsbət yaxud mənfi təsirinin olacağını düşünmür. Onun sözlərinə görə, müsbət təsirlər olacaq, amma bunun hansısa ciddi əməkhaqqı təsirlərinə gətirib çıxaracaq desək yanılmış olarıq:
"Amma günəmuzd olaraq işçilərin saata muzd olaraq çalışacağı dəqiqdir. Əlavə saatlara görə isə onların əlavə vəsait almaq yaxud da təəb etmək şansları daha çox artır. Onsuz da muzdla işləyən işçilərin əksəriyyəti əmək müqaviləsində nəzərdə tutulanlardan kifayət qədər çox işləyirlər. Bəziləri əlavə ödəniş olmadan şənbə, hətta bazar günləri işləyir. Bəziləri də sahibkar yaxud dövlət qurumu tərəfindən bayram günləri də çağırılır. Eyni zamanda gündəlik 8 saat işləməli olan şəxslər, 10 bəlkə də daha çox saat işləməyə məcbur olur yaxud olunurlar".
Ekspert bildirib ki, saatlıq normaların tətbiq olunması bu tip halların tamamilə aradan qalxmasına tamamilə imkan verməsə də, ciddi həcmdə azalmasına imkan verəcək:
"Əməkhaqqı məsələsi də bu zaman minimum əmək haqqı formatında saata nəzərən müəyyən qədər metodoloji hesablamalarda fərqliliklər yarana bilər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
ChatGPT-nin yeni funksiyası iş həyatını kökündən dəyişdirəcək
-
Ev qatığı və ya süzmə deyil: Ən sağlam qatıq məlum oldu
-
Əsgərin atasına qovuşma anı kövrəltdi - (Video)
-
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Süni intellekt üçüncü dünya müharibəsinə səbəb olacaq? - Ekstrasens proqnoz verdi
-
Bu dəfə kanalın bağlanmasını istəyirlər - (Video)
-
DTX Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Azərbaycanda Anım Günüdür
-
Günün qoroskopu: Sevgi həyatınız stabil görünmür
-
Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat
-
Ağsu aşırımında aktivlik artıb - (Video)
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir
-
Salah heyətdən çıxarıldı
-
Finlandiya 7 qolla qələbə qazandı
-
Pandemiyadan bəri evdən çıxmadılar: Ana və qızı illərlə meyitlə bir evdə yaşayıb
-
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü isə dron hücumuna məruz qaldı - (Video)
-
Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar - (Foto)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu
-
Banqkok fəlakət zonası elan edildi - (Video)
-
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
-
“Uzak Şehir”də yeni sima - (Foto)





