Ölkə

“Qara siyahı”da olanların NƏZƏRİNƏ - Banklar sizə pul verəcək

17 Aprel 2025 12:18
Baxış: 2 778
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir sıra vətəndaşlar banklardan kredit götürən zaman çətinlik çəkirlər. Bəzən şərtlər tam ödənilsə belə, bu, mümkün olmur. Paralel olaraq, bankların "qara siyahı"sına düşənlər də narazılıq edir.

Kimlər bankdan kredit ala bilməz? "Qara siyahı"ya necə düşürük?

Milli.Az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Əkrəm Həsənov deyib ki, mövcud qanunvericiliyə görə, hər kəs bankdan kredit götürə bilər:

"Hətta "qara siyahı"da olanlar da bura daxildir. Kimsə əvvəl vəsaitləri qaytaranda problem yaşayıbsa, bu, Azərbaycan Kredit Bürosunun tarixçəsində əks olunur. Beləliklə, bank şəxsə pul vermək istəyəndə həmin hesabatı nəzərdən keçirir. Lakin borclarla bağlı problemlərin olması, o demək deyil ki, vətəndaşa kredit verilə bilməz. Sadəcə bank ehtiyat edir".

İqtisadçı bildirib ki, müvafiq tarixçəsi pis olanların belə, banka yaxşı girov qoymaqla kredit alması mümkündür:

"Məsələn, sabah borcu qaytara bilməsə, əmlakı məhkəmə yolu ilə hərraca çıxarılacaq. Nəticədə bank əmlakı sataraq pulunu götürəcək. Eyni zamanda yaxşı maaşı olan biri zamin dursa, şəxs kredit götürə bilər. "Qara siyahı"da olmadığı halda, kredit götürə bilməyənlərin məsələsinə gəldikdə, burada banklar risklərini ölçürlər. Seçim edilməsə, problemli kreditlərin artması ehtimalı yüksəkdir. Borc qaytarılmadıqda bank da öhdəliklərini yerinə yetirə bilmir. Banklar əsasən müştərilərdən yığdığı pullar hesabına kredit verir. Borc qaytarılmadıqda bu, mümkünsüz olur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.