Növbəti köç karvanı Suqovuşana çatdı, mənzillərin açarları verildi - YENİLƏNİB - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Aprelin 5-də doğma yurduna yola salınan köç karvanı Ağdərə rayonunun Suqovuşan kəndinə çatıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, bu mərhələdə köçürülən 174 nəfərdən ibarət 53 ailəyə mənzillərin açarları təqdim edilib.
Suqovuşana köçürülən ailələrə yeni tikilmiş fərdi yaşayış evlərində mənzillər verilib.Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.
Tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, torpaqlarına qayıdan keçmiş məcburi köçkünlərə xoşbəxt və firavan həyat arzulayıb.
Burada əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradıldığı da sakinlərin nəzərinə çatdırılıb. Suqovuşan kəndinə avtomobil yolları, elektrik, rabitə, su xətləri çəkilib. Kənd qaz təchizatı ilə təmin olunub. Kənddə yararsız vəziyyətdə olan 144 şagird yerlik tam orta məktəbin binasında da əsaslı təmir işləri aparılıb. Bundan əlavə, ümumi gücü 7,8 meqavat olan "Suqovuşan-1" və "Suqovuşan-2" Kiçik Su Elektrik stansiyaları yenidənqurmadan sonra istifadəyə verilib.
Suqovuşan kəndinə ilk köç prosesi 20 ailəni əhatə edib. Kəndə köçlə bağlı, ümumilikdə, 180 ailə (591 nəfər) siyahıya alınıb. Köç prosesi mərhələli şəkildə davam edəcək. Xatırladaq ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə "Dəmir yumruq" əməliyyatını uğurla davam etdirən Azərbaycan Ordusu oktyabrın 3-də şimal cəbhəsində mühüm strateji əhəmiyyətə malik Suqovuşan və Talış kəndlərini işğaldan azad etdi. İşğaldan sonra kənddə böyük tikinti quruculuq işləri həyata keçirilib.
-------
12:54
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir. Aprelin 5-də respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdərə rayonuna çatıb.
Trend-in bölgə müxbiri xəbər verir ki, bu gün Ağdərə rayonunun Suqovuşan kəndində 53 ailə olmaqla, 174 nəfər keçmiş məcburi köçkün doğma yurda qovuşub.
-------
11:50
Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu mərhələdə kəndə 53 ailə - 174 nəfər köçürülür.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Ağdərə rayonunun yenidən qurulan Suqovuşan kəndinə köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ordubadın 41 yaşlı yeni icra başçısı: Nurlan Hacıyev kimdir?
-
Culfanın yeni icra başçısı kimdir? - Dosye
-
Naim Cahidzadə Culfa Rayon İcra Hakimiyyətinə başçı təyin edilib
-
Ordubad Rayon İcra Hakimiyyətinə başçı təyin edilib
-
Naxcıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin edilib - Sərəncam
-
Dənizdə batan gənc tələbə imiş
XƏBƏR LENTİ
-
İran: Hörmüzdə vurulan gəmilər silah və sursat daşıyırdı
-
“Barselona”nın qapıçısı Ter Ştegen “Ayaks”a keçdi
-
Ordubadın 41 yaşlı yeni icra başçısı: Nurlan Hacıyev kimdir?
-
Culfanın yeni icra başçısı kimdir? - Dosye
-
Naim Cahidzadə Culfa Rayon İcra Hakimiyyətinə başçı təyin edilib
-
Ordubad Rayon İcra Hakimiyyətinə başçı təyin edilib
-
Ronaldunun toyuna gələcək məşhurların adları açıqlandı
-
Naxcıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin edilib - Sərəncam
-
Dənizdə batan gənc tələbə imiş
-
Pezeşkian istefa xəbərlərinə cavab verdi
-
Sabahın hava proqnozu açıqlandı
-
Bakıda möhtəşəm meteor yağışı izləniləcək - Tarix açıqlandı
-
Azərbaycanda zəlzələ oldu
-
Pilotun çamadanından 25 kiloqram narkotik çıxdı
-
Ali məktəblərə ixtisas seçiminin vaxtı açıqlandı
-
"Quba Palace"da qolf turniri keçirildi - (Video/Foto)
-
Bakı metrosunda böyük dəyişiklik: Ayın 15-dən
-
Həbsxanada qızını öldürən məhkum dünyasını dəyişdi
-
İşçiləri sevindirəcək yenilik
-
Bakıda məktəbin qarşısında qəza - “Avatr” hasara çırpıldı - (Video)
-
Venesueladakı zəlzələdə ölənlərin sayı 6 mini keçdi
-
Gürcüstanda azərbaycanlı gənc faciəvi şəkildə öldü
-
Bakıda “Audi” neft quyusuna düşdü - (Video)
-
Sığorta uçotu ilə bağlı yeni qaydalar təsdiqləndi





