Ölkə

FHN od çərşənbəsi ilə əlaqədar əhaliyə müraciət edib - VİDEO

4 Mart 2025 09:44
Baxış: 425
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fövqəladə Hallar Nazirliyi od çərşənbəsi ilə əlaqədar əhaliyə müraciət edib.

Milli.Az xəbər verir ki, müraciətdə deyilir:

"Bu gün xalqımız milli-mənəvi dəyərlərimizi özündə yaşadan Novruzun gəlişi ilə əlaqədar Od çərşənbəsini qeyd edir.

Lakin bu çərşənbədə keçirilən mərasimlərdə, xüsusilə tonqal qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət edilməməsi bayram sevincimizin arzuolunmaz və acı nəticələrlə sonlanmasına səbəb ola bilər.

Qeyd olunanlarla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə bir daha müraciət edərək, Novruz bayramı ilə əlaqədar mərasimlərin təşkili və keçirilməsi, o cümlədən tonqal qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır. Belə ki,

- bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan kənarda yandırılmalı;

- tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı;

- tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;

- tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;

- süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

Həmçinin, nəzərə alınmalıdır ki, küləkli hava şəraitində tonqal yandırılması xüsusilə təhlükəli hesab olunur.

Yadda saxlayın: pirotexniki vasitələrdən istifadə qadağandır!

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.