Dünya

Son 30 ilin ən böyük meşə yanğını - Minlərlə insan təxliyə edildi - FOTO

4 Mart 2025 12:08
Baxış: 446
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın şimalında baş verən və son 30 ilin ən böyük meşə yanğını nəticəsində minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb.Yaponiyanın Yanğın və Fəlakətlərin İdarə Edilməsi Agentliyinin (FDMA) ekipajları çərşənbə günü yanğınla mübarizəyə başlayıb. Üç gün sonra bu yanğın Yaponiyada son 30 ildə ən böyük meşə yanğını olaraq qeydə alınıb.

Milli.Az xarici mediaya istinafla xəbər verir ki, yanğın Ofunato şəhərinin cənub-şərqində 1,755 evi və 4,263 insana ziyan vurub. Ərazinin 3,000 akr (1,200 hektar) ərazisini yandırdığı bildirilib. Yanğın nəticəsində bir nəfər ölüb, 80-dən çox ev yanıb.

FDMA-nın bildirdiyinə görə, bu yanğın 1992-ci ildə Kuşiroda baş verən 2,545 akr (1,030 hektar) yanmış sahə rekordunu üstələyib.

Yanğının qarşısını almaq üçün 2569 nəfərdən ibarət 17 yanğınsöndürmə briqadası və helikopterlərdən ibarət qruplar hadisə yerində fəaliyyət göstərir. Yaponiyanın Baş naziri Şiqeru İşiba yanğının yaşayış məntəqələrinə yayılmasının qarşısını almaq üçün maksimum səy göstərilməsini təmin etdiyini açıqlayıb.

Tədqiqatçılar Yaponiyanın güclü küləklərinin böyük yanğınlara səbəb ola biləcəyini, lakin ölkənin bu cür hallara hazırlıq üçün minimal tədbirlər gördüyünü bildiriblər.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.