Ölkə

Pensiya alan vəfat edərsə, təqaüdün neçə misli ailəyə verilir?

17 Fevral 2025 12:49
Baxış: 1 472
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əmək pensiyaçısına verilməli olan və onun vəfatı ilə əlaqədar alınmamış əmək pensiyası məbləğini və dəfn üçün müavinəti kimlər ala bilər və bu müavinət nə qədərdir?

Milli.Az bu barədə lent.az-a istinadən xəbər verir.

"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən, əmək pensiyaçısına verilməli olan və onun vəfatı ilə əlaqədar alınmamış əmək pensiyasının məbləği onun notarial qaydada təsdiq olunmuş varisinə ödənilir. Bu Qanunun 42.2-ci maddəsinə əsasən, əmək pensiyaçısı vəfat etdikdə onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir. Bu Qanunun 42.3-cü maddəsinə əsasən, əmək pensiyaçısını onun ailə üzvlərinə aid olmayan şəxslər dəfn etdikdə dəfn üçün müavinət həmin şəxslərə ödənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.