Ölkə

Bakıda ağır qəza: ölən və yaralananlar var

15 Fevral 2025 10:00
Baxış: 608
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Milli.Az xəbər verir ki, hadisə Nərimanov rayon ərazisində qeydə alınıb.

1991-ci il təvəllüdlü Ramil Aslan oğlu Qasımov idarə etdiyi VAZ-2101 markalı avtomobil ilə 1999-cu il təvəllüdlü Soltan İlqar oğlu Tağıyevin idarə etdiyi "Toyota Prius" markalı avtomobillə toqquşub.

Nəticədə VAZ-2101 markalı avtomobildə olan sərnişin 1993-cü il təvəllüdlü Fərdi Mehman oğlu Zülfüqarov hadisə yerində ölüb.

R.Qasımov, S.Tağıyev və onun idarə etdiyi avtomobildə olan sərnişin 2000-ci il təvəllüdlü Məmməd Rəhim oğlu Şərifov xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.