Diplomdansa kababxana açmaq...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Oğlumun təhsilinə verdiyim pul bəhrəsini vermir, onun yerinə çayxana açardım, oranı işlədərdi".
Milli.Az pravda.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə səsləndirib.
"Oğlum İsveçrədə oxudu, indi evdə oturub. Onun təhsilinə uyğun iş yoxdur. Övladım Cenevrədə Biznes və Menecment fakültəsini bitirib. Həmin pula yaxşı çayxana açardım. Kimə lazımdır təhsil, nəyə lazımdır? Gənclər də görür ki, təhsilli insanlara önəm vermirlər, gedib Tiktokda canlı yayım açırlar. Onlar düşünürlər ki, gedib dörd-beş il oxumaqdansa, belə rahatca oturub, pul qazanmaq daha yaxşıdı", - o bildirib.
Şübhəsiz, Nadir Qafarzadə bu xüsusda tək deyil və problemli bir məsələyə toxunub. Çox vaxt valideynlər öz övladlarının ali təhsili üçün ətək-ətək pul xərcləyir (bura təbii ki, repetitor xərcləri də daxildir), amma nəticə sıfra yaxın olur. Yəni təhsil xərclər özünü doğrulmur.
Bəs Azərbaycanın əmək bazarında niyə belə vəziyyət yaranıb? Bu, müstəsna olaraq, valideynin və ya övladın yanlış seçimidir, yoxsa? Çıxış yolu nədir? Təhsil eksperti Elşən Qafarov mövzu ilə bağlı "Yeni Müsavat"a danışıb: "Valideynlər övladlarının ixtisas və təhsil ölkəsini seçərkən, onların potensialını nəzərə almadan qərar verirlər. Hər bir valideyn əvvəlcə övladının potensialını bilməlidir. Bunun üçün illərdir təklif edirik ki, Elm və Təhsil Nazirliyi 12 yaşdan başlayaraq məktəblərdə şagirdlərin peşə potensialını müəyyən edən psixoloji testlər keçirsin. Bu, beynəlxalq təcrübədə də mövcuddur. 12 yaşdan etibarən, ildə iki dəfədən çox olmayaraq belə testlər keçirilir və şagirdin hansı sahədə potensiala malik olduğu müəyyən edilir, nəticələr isə davamlı olaraq valideynlərə təqdim olunur.
Valideynlər övladlarının potensialını nəzərə almadan, tanışlarının övladlarının xaricdə təhsil alması və ya müəyyən ixtisaslara yiyələnməsindən təsirlənərək, öz övladlarını da həmin istiqamətlərə yönləndirirlər. Bu zaman övladlarının həmin sahələrə marağı və ya qabiliyyəti olub-olmaması önəmsiz qalır. Nəticədə, başqa sahədə uğurlu ola biləcək bir şəxs, seçilməyən sahədə ömrü boyu özünü xoşbəxt və rahat hiss etmir. Burada iki məsələ var. Birincisi, ölkə daxilində dövlət tərəfindən keçirilən qrup imtahanlarıdır, bir hər zaman təklif edirik ki, bu, ixtisas imtahanları ilə əvəz olunsun. İkincisi isə valideynlərin övladlarının ixtisas seçiminə müdaxiləsidir".
Onun sözlərinə görə, Dövlət İmtahan Mərkəzinin hazırkı qrup imtahanları bəzi hallarda abituriyentlərin arzuladıqları peşə üzrə təhsil almalarına maneə yaradır: "Əgər bu imtahanlar ixtisaslara uyğun imtahanlarla əvəz olunsa, abituriyentlər istədikləri ixtisas üzrə ali təhsil müəssisələrinə müraciət edə və həmin sahədə təhsil ala bilərlər. Problemin əsas mənbəyi də buradadır. Bu problemin həlli üçün Elm və Təhsil Nazirliyi 7-ci sinifdən 11-ci sinfə qədər şagirdlər arasında psixoloji testlər təşkil edə bilər. Bu testlərin nəticələri valideynlərə mütəmadi olaraq təqdim edilməlidir ki, onlar övladlarının potensialını daha yaxşı anlasınlar və gələcəkdə peşmançılıq yaşamazlar".
Vətəndaşların Əmək Liqasının sədri Sahib Məmmədov isə qeyd edib ki, ümumilikdə təhsilə münasibət dəyişməlidir: "Elə ölkələr var ki, orada çox varlı bir ailə övladının ali təhsil almasına müdaxilə etmir və uşaq da öz seçimi ilə gedib hansısa işlə məşğul olur - ya ixtisaslı bir fəaliyyət peşəsi ilə, ya hansısa bir xidmət sahəsində, ya da özünüməşğulluqla. Bizdə isə bu, oxumaq sovet dövründən qalma bir dəbdir. Qızlar üçün oxumaq ümumiyyətlə, diplom cehiz sayılırdı bir vaxtlar. Biri var oxumaq, biri var diplom almaq. Diplom almaq dəbi idi. İndi də təəssüf ki, hələ də o tendensiya davam edir. Kimin imkanı var, yoxdur, kimsə kredit götürür və s., çalışır ki, uşaqları hansısa ali məktəb diplomu əldə etsin, bu mümkün deyilsə, heç olmasa bir kollec diplomu əldə etsin. Nəticədə uşaqlarını müxtəlif istiqamətlərə yönəldirlər və onlar istədiklərini yox, valideynlərin istədiyini əldə etmiş olurlar".
Ekspert ikinci səbəb haqda da danışdı: "Məzunlar valideynlərdən əlavə, ixtisas seçimində istədiklərinə nail ola bilmirlər. Bu da test sistemi ilə bağlıdır. Belə ki, orada qrupu seçirsən, amma topladığın bala uyğun olaraq avtomatik sənin üçün o ixtisas seçimi gedir. Bəzi tələbələr ali təhsil almağa məcbur olduqlarını düşünürlər, çünki valideynlərinin gözləntilərini qarşılamaq istəyirlər. Onlar düşünürlər ki, ali təhsil almasalar, valideynləri nə deyəcək? Bu səbəbdən, "eybi yox, bir ali təhsil alım, sonra baxarıq" düşüncəsi ilə hərəkət edirlər. Lakin təhsil aldıqdan sonra əmək bazarında uyğun iş tapmaqda çətinlik çəkirlər və ya ixtisaslarına tam yiyələnə bilmirlər. Nəticədə, diplomları sadəcə, bir xatirə sənədinə çevrilir".
S.Məmmədova görə, problemin kökü yalnız valideynlərin təzyiqində deyil, həm də təhsil sistemindəki məsələlərdə və cəmiyyətdəki ənənəvi düşüncələrdədir: "Əlavə olaraq, Azərbaycanda təhsil alanların nəzəri biliklərə sahib olmalarına baxmayaraq, praktiki vərdişlərinin yetərsiz olması da mühüm bir problemdir. Məsələn, mühəndislik ixtisası üzrə təhsil alan tələbələr yalnız kitab oxumaqla kifayətlənməməli, həm də potensial iş sahələrində ciddi təcrübə keçməlidirlər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Miss Turkey 2022”nin toyunda 34 nəfər nikah şahidi oldu - (Foto)
-
71 yaşında 33 yaş kiçik xanımla evləndi (Foto)
-
Burak və Fahriyənin bir bölümdən qazanacağı qonorar bəlli oldu
-
Bred Pitt 7 il sonra yenidən spirtli içki içdi
-
"50 manat maaş alırdım, onu da yola verirdim" - (Video)
-
Rəqsanə görünüşünü dəyişdirdi - (Foto-Video)
XƏBƏR LENTİ
-
Yuxuda qapının açılmaması nə deməkdir?
-
“Miss Turkey 2022”nin toyunda 34 nəfər nikah şahidi oldu - (Foto)
-
"Dinamo Kiyev" Bakıya ciddi itki ilə gəlir
-
Gəncədə evdən yeniyetmə qızın meyiti tapıldı
-
Bir neçə kənd işıqsız qalacaq
-
71 yaşında 33 yaş kiçik xanımla evləndi (Foto)
-
Ronaldo evləndi - Nikahdan ilk fotonu özü paylaşdı
-
Azərbaycan, ABŞ və Ermənistan arasında Vaşinqtonda üçtərəfli görüş keçirilib - XİN
-
Çempionlar Liqası: "Sabah"ın rəqibi bilindi
-
Burak və Fahriyənin bir bölümdən qazanacağı qonorar bəlli oldu
-
Günün qoroskopu: Görünüşünüzdə dəyişiklik etmək istəsəniz, vaxtıdır
-
Təbriz səmasında qeyri-adi işıq görünür - (Video)
-
Bakını 3 rayonunda qaz kəsiləcək
-
Bred Pitt 7 il sonra yenidən spirtli içki içdi
-
Vlahoviç "Beşiktaş"da
-
İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük
-
Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
-
İlham Əliyevin sosial şəbəkə səhifələrində Mehriban Əliyeva ilə Naxçıvana səfərindən görüntülər paylaşılıb (Video)
-
Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir
-
Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur
-
Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır
-
Prezident: Biz Avropaya elektrik enerjisi ilə də çıxmaq istəyirik
-
İlham Əliyev: Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcək
-
Prezident: Bir çox beynəlxalq qurum Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə maraq göstərir





