Sağlamlıq

Diabet xəstələri üçün daha bir təhlükə

15 Fevral 2025 16:07
Baxış: 752
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son dövrlərdə ABŞ-da şəkər xəstəliyi üçün istifadə olunan "Ozempic" dərmanının yan təsirləri ilə bağlı narahatlıqlar artmaqdadır.

Milli.Az xəbər verir ki, "Ozempic" diabeti idarə etmək və arıqlamaq üçün geniş şəkildə istifadə edilir, lakin son zamanlar dərmanı istifadə edənlərin görmə itkisi kimi ciddi problemlərlə qarşılaşdığı bildirilir. Hətta bu dərmandan istifadə edən bir qadın, sol gözündə kəskin görmə itkisi ilə oyandığını bildirib. "Daily Mail" tərəfindən yayımlanan xəbərə görə, bu cür hadisələrin sayı artmaqda davam edir, bu da dərmanın təhlükəsizliyi ilə bağlı ciddi suallar doğurur. 

Bundan sonra o, dərman qəbul etməyi dayandırıb, lakin şəkər xəstəliyinə görə proseduru yenidən davam etdirməli olub. İki həftə sonra sağ gözünün görmə qabiliyyətini itirib. Bildirilib ki, bir il ərzində dərman qəbul edən başqa bir qadın tor qişanın damarlarının zədələnməsi səbəbindən görmə qabiliyyətini itirib. Tədqiqatçılar yeddi xəstədə optik sinirə qan axınının tıxandığı bir vəziyyət olduğunu da aşkar ediblər. Ekspertlərin sözlərinə görə, xəstələrdə görmə itkisinin dəqiq səbəbi aydın deyil. Güman edilir ki, bu, qan damarlarına mənfi təsir göstərən qan şəkərinin səviyyəsinin sürətlə azalması nəticəsində yarana bilər.

Asya
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.