Şou-biznes

Məşhur aktrisanın dəhşətli taleyi: buna görə ÖLDÜRÜLDÜ

16 Fevral 2025 01:01
Baxış: 1 625
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

1959-cu ildə "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Onu bağışlamaq olarmı?" filminin ssenarisi Mehdi Məmmədovun "Bahar" pyesinin əsasında yazılıb. Rejissor Rza Təhmasibin çəkdiyi filmdə süjet xəttini cinayət axtarışı əməkdaşlarının və ictimai asayişin keşiyində duran milis işçilərinin fəaliyyəti və cinayətkarın təsiri altına düşmüş gənc Tərlanın dramatik taleyi təşkil edir.

Milli.Az  xəbər verir ki, bu barədə tarixçi alim Zaur Əliyev xatırladıb.

O, filmin qəhrəmanlrından olan Sevdanın faciəli həyatından bəhs edib:

"Filmdə erməni mənşəli sovet aktyoru Qurgen Ovanesoviç Tonunts Tərlan, sovet aktrisası Manana Abuyeva isə Sevda obrazını yaradıb.

1944-cü ildə anadan olan Manana Abuyeva "Gün çıxmazdan əvvəl" filmində Xonar, "Səhər" filmində Suzanna rolu ilə yaddaşlarda qalıb. Gözəl aktriasının faciəli həyatı da məhz bu filmdən sonra başlayır.

Filmə baxan tamaşaçılardan biri ona dəlicəsinə vurulur. Ona müxtəlif hədiyyələr göndərən şəxs dəfələrlə Manana xanıma evlilik təklifi etsə də, aktrisa imtina edir.

Manyakcasına onu izləyən şəxs xəbər göndərir ki, əgər onunla evlənməsə, onu öldürəcək. Sözünü də tutur.

Manana Abuyeva evə gedən zaman maşını aktrisanın üzərinə sürərək, onu vurub öldürür. /Kult.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.