Dünya

İlon Mask 13-cü dəfə ata oldu

15 Fevral 2025 22:16
Baxış: 903
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yazıçı Eşli Sent-Kler, dünyanın ən zəngin adamı ilə beş ay əvvəl uşaq dünyaya gətirdiyini iddia edib.

"Beş ay əvvəl dünyaya bir uşaq gətirdim. Atası İlon Maskdır. Mən əvvəllər bunu açıqlamırdım ki, uşağımızın məxfilik və təhlükəsizliyini qoruya bilim. Amma son günlərdə mətbuatın bunun bizə nə qədər zərər verəcəyini düşünmədən bunu açıqlamaq niyyətində olduğu aydın oldu", - deyə, o qeyd edib.

"Buna görə də mediadan uşağımızın məxfilik hüquqlarına hörmət etmələrini və müdaxilə edən reportajlardan çəkinmələrini xahiş edirəm" - 31 yaşlı qadın, yazısını Latın dilində "Alea Iacta Est" ifadəsi ilə bitirib ki, bu da "Taleyin zərfi atıldı" mənasına gəlir.

"Bütün ürəkdən gözəl sözləri qiymətləndirirəm. Mən bu bəyanatı vermək ehtiyacı hiss etməzdim. Uşaqlar jurnalistlərin əlindən kənar olmalıdır. Ailəm ilə vaxt keçirəcəyəm və bir müddət sosial mediadan uzaqlaşacağam" - deyə, o əlavə edib.

Qeyd edək ki, Sent-Kler, "Filinlər quş deyil" adlı uşaqlar üçün yazdığı kitabla daha çox tanınır.

Mask, 2002-ci ildə ilk dəfə ata olub və artıq üç müxtəlif qadından 12 uşağın atasıdır./Lent.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.