İdman

"Fənərbağça" və "Qalatasaray"ın oyunlarını bu hakimlər idarə edəcək

19 Fevral 2025 09:42
Baxış: 791
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Fənərbağça" və "Qalatasaray"ın Avropa Liqasının pley-off mərhələsində keçirəcəkləri cavab oyunları üçün hakim təyinatları açıqlanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

"Qalatasaray" - "AZ Alkmaar" oyununu (ilk görüş - 1:4) ingiltərəli hakimlər idarə edəcəklər. Referi Entoni Teylorun köməkçiləri Qeri Besvik və Yan Hussin olacaqlar. Dördüncü hakim funksiyasını Sem Barrot yerinə yetirəcək. VAR Darren İnqlendə (Portuqaliya), AVAR isə Stuard Etvellə (İspaniya) həvalə olunub.

Bu görüşə UEFA nümayəndəsi kimi Azərbaycan təmsilçisi Orxan Hüseynzadə təyinat alıb.

"Anderlext" - "Fənərbağça" matçı (ilk oyun - 0:3) İsveçrədən olan hakimlər briqadasına tapşırılıb. Referi Sandro Şererə yan xətt hakimləri kimi Stefan de Almeyda və Yonas Erni köməklik göstərəcəklər. Dördüncü hakim Luka Çibelli olacaq. VAR Lukas Fendrixə, AVAR isə Lionel Çudiyə etibar edilib.

Hər iki görüş fevralın 20-də keçiriləcək. "Qalatasaray" - "AZ Alkmaar" qarşılaşması Bakı vaxtı ilə saat 21:45-də, "Anderlext" - "Fənərbağça" matçı isə saat 00:00-da başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.