Cəmiyyət

Dönərçi elə hərəkət etdi ki... - Anbaan kameraya çəkdilər - VİDEO

19 Fevral 2025 10:42
Baxış: 3 259
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dönərçi sağlamlığa təhlükə yaradan addımı ilə sosial şəbəkələrdə müzakirələrə yol açıb.

Milli.Az xəbər verir ki, Türkiyənin paytaxtı Ankarada dönərçi bişmiş dönərin üzərinə çiy ət əlavə edərək insanların sağlamlığını təhlükəyə atıb, bu anlar vətəndaş tərəfindən lentə alınıb.

Hadisə gündüz saatlarında baş verib, dönərçi müştərilərə təqdim edilən bişmiş dönərin üzərinə çiy ət qoyaraq satışa davam edib. Bu görüntülər sosial mediada yayılaraq geniş müzakirələrə səbəb olub.

Mütəxəssislər çiy ətin xüsusilə toyuq ətinin salmonella bakteriyası daşıma ehtimalının yüksək olduğunu və bu cür təmasın ciddi qida zəhərlənmələrinə yol aça biləcəyini bildiriblər. Hadisə ilə bağlı aidiyyəti qurumların araşdırma aparacağı gözlənilir.

İsmayıl
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.