Dünya

İrəvan Moskvanın maraqlarına daha bir zərbə vurdu

15 Fevral 2025 16:40
Baxış: 554
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Ukrayna məsələsində Rusiya ilə dil tapmağa çalışsa da, bunu Trampla Putinin bu yaxınlarda telefon danışığı sübut edir, Ermənistan hakimiyyəti Rusiya ilə münasibətlərə xələl gətirə biləcək və ölkənin dövlət maraqlarına zidd addımlar atmaqda davam edir.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazıb. Bildirilir ki, Ermənistan parlamentinin Xarici Əlaqələr Daimi Komitəsinin rəhbəri, "Vətəndaş Müqaviləsi" partiyasından olan deputat Sarkis Xandanyan Ukraynaya səfər edib və burada Ali Radanın sədri Ruslan Stefançukla görüşüb.

"Ermənistan Milli Assambleyası adından o, ukraynalı həmkarlarına dəstəyini ifadə edərək, onların "çətin şəraitdə cəsarətli fəaliyyətini" qeyd edib və parlamentlərarası platformalarda əməkdaşlığın vacibliyini vurğulayıb. Rəsmi məlumatlara görə, Xandanyan müharibə qurbanlarının xatirəsini yad etmək üçün Buçaya da gedib. Bu gün bir çox dövlətlər Rusiya ilə münasibətləri bərpa etməyə çalışarkən Ermənistan əks istiqamətdə gedir",- məqalədə deyilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.