Dünya

İraqda türk dili rəsmi dil oldu

15 Fevral 2025 15:55
Baxış: 660
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İraqın Səlahəddin Əyalət Şurasının sədri Adil Sümeydai türkmənlərin sıx yaşadığı bölgədə türkcənin rəsmi dil olaraq qəbul edildiyini açıqlayıb.

Milli.Az xəbər verir ki, Türkmən təmsilçiləri bu qərarın hüquqi tərəfdən mühüm bir inkişaf olduğunu vurğulayıblar.

Səlahəddin şəhəri İraqda türkmənlərin ikinci ən böyük etnik qrup olduğu bölgələrdən biridir. Səlahəddin Əyalət Şurası vilayətdə ərəb və kürd dilləri ilə yanaşı türkcənin də rəsmi dil kimi qəbul edildiyini təsdiqləyib.

Məsələ ilə bağlı açıqlama verən İraq parlamentinin keçmiş türkmən millət vəkili Fevzi Ekrem Terzi bildirib ki, İraqda üçüncü etnik qrup olan türkmənlərin bu hüququ konstitusiya çərçivəsində təmin edilməlidir. O qeyd edib ki, türkmənlərin çoxluq təşkil etdiyi bölgələrdə türkcənin rəsmi dil statusuna malik olması konstitusiyanın əsas prinsiplərindən biridir.

Türkmən icması bu qərarı tarixi uğur kimi qiymətləndirir.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.