Ronaldu Ərəbistandan GEDİR - Klub axtarışına çıxdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanındakı gələcəyi ilə bağlı ciddi qərar verməyə yaxındır.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, "Ən-Nəsr"in hücumçusu klubdakı mövcud vəziyyətdən narazı qaldığı üçün ölkəni tərk etmə ehtimalını nəzərdən keçirir. Məlumata əsasən, Ronaldunun transfer dəyəri 50 milyon avro olaraq qiymətləndirilir və onun karyerasını MLS-də və ya Avropada davam etdirməsi mümkün variantlar sırasında yer alır.
Bildirilir ki, 2023-cü ildə Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun (PIF) ölkənin dörd aparıcı klubu - "Ən-Nəsr", "Əl-Hilal", "Əl-İttihad" və "Əl-Əhli" üzərində nəzarət payını əldə etməsi Ronaldunun narazılığına səbəb olub. Ulduz futbolçu hesab edir ki, fond tərəfindən idarə olunan digər klublarla müqayisədə "Ən-Nəsr" transfer bazarında kifayət qədər fəal deyil.
Ronaldunun fikrincə, PIF komandanın titul qazanmaq şansını zəiflətmək üçün "Ən-Nəsr"in yeni futbolçularla müqavilə bağlamasına mane olur. Halbuki hazırda komanda turnir cədvəlində "Əl-Hilal"dan cəmi bir xal geri qalır və çempionluq mübarizəsində iddialıdır.
Mənbə yazır ki, Ronaldu Səudiyyə futbolunun tanıdılması və inkişafında oynadığı rola görə daha çox hörmətə layiq olduğunu düşünür. O, eyni zamanda, ölkədə keçiriləcək 2034-cü il dünya çempionatının tanıdılması üçün səfir olmağa da razılıq verib.
Məhz bu narazılıqlar səbəbindən Kriştianu Ronaldunun Pro Liqanın 20-ci turunda "Ər-Riyad"la oyunda (1:0) meydana çıxmaqdan imtina etdiyi iddia olunur. İlk dəfə Səudiyyə Ərəbistanı çempionu olmaq və karyerasında 1000 qol həddinə çatmaq kimi şəxsi hədəfləri olsa da, ulduz futbolçu klubdakı mövcud durumu ədalətsiz hesab edərək etiraz etməyi vacib sayıb.
Hüseyn
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas
-
“Fənərbaxçanı” sərt tənqid etdi - “Ayıbdır!” - (Video)
-
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda dünya çempionu olub - Yenilənib - (Video)
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi ilk qələbəsini qazanıb - (Yenilənib)
XƏBƏR LENTİ
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas
-
Oktyabrın ən şanslı bürcü
-
Şakiranın Madrid konsertində Dua Lipa sürprizi - (Video)
-
Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)
-
“Fənərbaxçanı” sərt tənqid etdi - “Ayıbdır!” - (Video)





