Bu gün Misli Premyer Liqasında 23-cü tura start veriləcək.
Trend xəbər verir ki, ilk gündə bir matç keçiriləcək. Turun açılış oyununda "Sumqayıt" öz meydanında "Zirə"ni qəbul edəcək.
Hazırda "Zirə" 39 xalla üçüncü, "Sumqayıt" isə 22 xalla yeddinci pillədə qərarlaşıb.
Kubok da nəzərə alınsa, "Gənclik şəhəri"nin təmsilçisi 7 matçdır qol vura bilmir. Vaqif Cavadovun komandası sonuncu dəfə ötən il dekabrın 8-də "Neftçi" ilə matçda fərqlənib və qələbə qazanıb.
Cari mövsüm bu komandaların qarşıdurmasında "Zirə"nin üstünlüyü var. Öz meydanında 4:1 hesablı qələbəyə sevinən Rəşad Sadıqovun komandası səfərdə də rəqibini 2 cavabsız qolla üstələyib.
Qeyd edək ki, turun digər oyunları fevralın 16-sı və 17-də keçiriləcək.
Misli Premyer Liqası
3-cü dövrə, 23-cü tur
15 fevral
19:00. "Sumqayıt" - "Zirə"
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev
VAR: Tural Qurbanov
AVAR: Namiq Hüseynov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
16 fevral
16:00. "Turan Tovuz" - "Araz-Naxçıvan"
19:00. "Neftçi" - "Qarabağ"
17 fevral
16:00. "Kəpəz" - "Şamaxı"
19:00. "Səbail" - "Sabah"
Bombardirlər:
Leandro Anderade ("Qarabağ") - 9 qol
Coy-Lens Mikels ("Sabah") - 8 qol
Felipe Santos ("Araz Naxçıvan") - 8 qol
Davit Volkov ("Zirə") - 8 qol
Cesse Sekidika ("Sabah") - 8 qol
Pavol Şafranko ("Sabah") - 7 qol
Milli.Az