İdman

“Zirə” “Sumqayıt”ı darmadağın etdi

15 Fevral 2025 21:07
Baxış: 578
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Azərbaycan Premyer Liqasında 23-cü tura start verilib. 

Milli.Az xəbər verir ki, ilk gündə bir matç keçirilib. 

Turun açılış oyununda "Sumqayıt" öz meydanında "Zirə"ni qəbul edib. İlk hissədən üstünlüyü ələ alan qonaqlar, rəqibini 3 cavabsız qolla məğlub etməyi bacarıb.

Hazırda "Zirə" turnir cədvəlində 39 xalla üçüncü, "Sumqayıt" isə 22 xalla yeddinci pillədə qərarlaşıb. 

Qeyd edək ki, turun digər oyunları fevralın 16-sı və 17-də keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.